Prokuror arvadını bölmədə öldürən polisə 20 il cəza istədi
29.03.2022 [17:54]
Bakı Ağır Cinayətlər Məhkəməsində polis bölməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə
qətldə təqsirləndirilən İsmayıl Məmmədovun vəkili vəsatət qaldırıb. Bildirib ki, İsmayıl Məmmədovun istifadəsində olmuş telefon nömrəsindən gedən zənglər, SMS-lər çıxarılsın və məhkəməyə təqdim edilsin.
"Bu proses həyata keçirilərsə, qətlin hansı şəraitdə törədildiyi məlum olacaq. Həmin zəng və SMS-lər sübut edəcək ki, İsmayıl yoldaşını yox, özünü öldürmək istəyib", - deyə vəkil bildirib.
Prokuror vəkilin vəsatətinə etiraz edib. Dövlət ittihamçısı bildirib ki, faktiki, ortada qətl hadisəsi var. Bunun üçün hansısa zəngin çıxarılmasına ehtiyac yoxdur. Dövlət ittihamçısı vəsatətin rədd edilməsini istəyib.
Prosesdə çıxış edən zərərçəkmiş tərəfin vəkili də vəsatətin rədd edilməsini istəyib.
"Biz əvvəldən deyirik ki, burada xuliqanlıq niyyətilə qəsdən adamöldürmə halı var. Elə SMS-in yazılmasını istisna etmirik. Amma bu, hadisənin mahiyyətini dəyişmir. Bu, qətlin törədilməsini əsaslandıra bilməz. Niyyətin nə vaxt yaranmasının fərqi yoxdur. Vəsatət təmin edilməsin", - vəkil bildirib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prosesdə sualları cavablandıran təqsirləndirilən şəxs İsmayıl Məmmədov bildirib ki, hadisəni törədəndə özündə olmayıb: "Həmin vaxt mən şok keçirmişəm. Ekspertiza keçirilsə, bu, məlum olar ki, mən hadisəni bilərəkdən törətməmişəm. Şokda olub atmışam".
Təqsirləndirilən şəxsin vəkili hadisə anı ilə bağlı təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.
Dövlət ittihamçısı bildirib ki, hadisə anı ilə bağlı keçirilən ekspertizanın 11 səhifəlik rəyində şübhəli heç bir məqam ortaya çıxmayıb. Ona görə də vəsatət rədd edilsin.
Məhkəmə bu vəsatəti də rədd edib.
Daha sonra məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı İsmayıl Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə çıxış edən zərərçəkmiş şəxsin vəkili isə təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini istəyib: "Ən ağır cəza - ömürlük verilsin. Belə bir şəxsin 20 ildən sonra da cəmiyyətə xeyri olmayacaq. Qətiyyətlə xahiş edirik ki, ömürlük cəza verilsin və bütün cəzasını qapalı həbsxanada çəksin.
Bununla yanaşı, bizim mülki iddiamız - 200 min manat mənəvi və maddi ziyan ondan tutulsun".
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Proses aprelin 12-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

