Malaziyanın Azərbaycandakı səfiri Qızılağac Milli Parkında
23.05.2022 [18:01]
Malayziyanın Bakı, Azərbaycan Respublikasındakı Səfirliyi və Malayziya Texniki Əməkdaşlıq Proqramının (MTƏP) məzun klubunun birgə təşəbbüsü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 22 May 2022-ci ildə Lənkəran rayonu Qızılağac Milli Parkında “Daha parlaq gələcək üçün əl-ələ” proqramı keçirilib.
Tədbirdə Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazian Bin Yusof, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları o cümlədən media nümayəndələri iştirak ediblər.
Proqram zamanı Malayziya ilə Azərbaycan Respublikası arasında münasibətlərə rəmzi töhfə vermək üçün Milli parkın ərazisində müvafiq olaraq 700-ə yaxın balıq körpələri suya buraxılıb.
Malayziya İctimai Diplomatiya və Maarifləndirmə Proqramının bir hissəsi kimi, proqram insanlar arasında daha çox əlaqəni təşviq etmək, o cümlədən Malayziya ilə Azərbaycan Respublikası arasında davamlı dostluq və yoldaşlığı qeyd etmək məqsədi daşıyır. Bu dostluq birliyi vasitəsilə insanlar arasında daha çox anlayışlılığa və mədəni dəyərlərin daha yaxşı qiymətləndirilməsinə nail olmaq olar.
1980-ci ildə yaradılmış MTƏP Malayziyanın inkişaf təcrübəsini və biliyini digər inkişaf etməkdə olan ölkələrlə bölüşmək yolu ilə Malayziyanın Cənub-cənub əməkdaşlığına sadiqliyini əks etdirir. Yarandığı gündən bəri 144 ölkədən 34000-dən çox iştirakçı təklif olunan müxtəlif proqramlardan faydalanıb.
Bu günə kimi Azərbaycandan 172 MTƏP Məzunu var. Malayziya MTƏP proqramlarında iştirak etmək üçün Azərbaycandan daha çox dövlət qulluqçusunu qəbul etmək istərdi. Ümid olunur ki, MTƏP Azərbaycanlı məzunları Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin böyüməsinə, inkişafına və tərəqqisinə müvəffəq olacaq və töhfə verəcəkdir.
Proqram həmçinin 22 may 2022-ci ildə ildönümü qeyd edilən Beynəlxalq Bioloji Müxtəliflik Günü (BBG) ilə əlaqədar olaraq “Bütün canlılar üçün ortaq gələcək qurmaq” mövzusu altında keçirilib.
Biomüxtəliflik planetimizin canlı toxumasıdır və bir sıra Davamlı İnkişaf Məqsədlərinə cavab olaraq qalır. Milli Müxtəliflik İndeksinin (MMİ) açıqladığı məlumatlara görə, Malayziya Dünya Bioloji Müxtəliflik Reytinqində 12-ci yerdə qərarlaşıb.
1992-ci ildə Rio Sammitində Malayziya ümumi ərazisinin ən azı yarısının meşə örtüyü altında saxlamaq öhdəliyi götürmüşdür. 2016-cı ildən Malayziyanın Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) monitorinqi və hesabatı üçün idarəetmə strukturunun yaradılmasından sonra ölkədə 1859 hektar deqradasiyaya uğramış ərazi yenidən bərpa edilmişdir. Bu gün ölkə ərazisinin 55,3 faizi və ya 18,27 milyon hektarı təbii meşə örtüyü altında qalır.
Təşkil olunan tədbir təbiətin və ekoloji tarazlığın qorunmasına dair anlayışlılığı və məlumatlılığı artırmaq məqsədi ilə Beynəlxalq Bioloji Müxtəliflik Gününün (BBG) qeyd olunmasında təşəbbüs kimi çıxış edir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

