Məhərrəm ayı başladı
30.07.2022 [10:26]
Zəncir vurmaq, qola qara bağlamaq İslama ziddir
MİKAYIL
Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır. Yeni 1444-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyul ayının 30-na, Aşura günü isə avqust ayının 8-nə təsadüf edir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Bildirilib ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyildir. Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir.
Məhərrəm ayı və aşura günü nə deməkdir?
Bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır. Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir.
İslam Peyğəmbəri ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirib. Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır.
Məhərrəm ayının tarixi və İslamda rolu
Dinşünasların araşdırmalarına görə, İslamdan əvvəl Məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi.
Məhərrəm ayının İslamdakı rol və əhəmiyyəti hicri 61-ci ildə Kərbəla çölündə baş vermiş misli görünməyən faciə ilə yadda qaldı. Əməvi sülaləsinin nümayəndəsi olan Yezid onun saxta hakimiyyəti ilə razılaşmayan hər kəsi amansızcasına qətlə yetirir. Onlardan biri də Peyğəmbər sülaləsi olur ki, onun da baş qəhrəmanı İmam Hüseyn və onun doğmaları olur. İmam Hüseynin qiyamından sonra Məhərrəm ayı mənəvi oyanış ayına çevrildi.
Məşhur rəvayətə görə, Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyn və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalır. Nəhayət, Məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə qətlə yetirir. Bu hadisə İslam dünyasında böyük təsir yaradır və Yezidə qarşı etirazlar böyüyür və sonrakı il Mədinədə etirazları yatırmaq üçün əməvi xəlifəsi Yezid şəhərə ordu göndərib Mədinəni yandırır. Ancaq Kərbəla hadisəsindən sonra xilafətdə əməvi sülaləsinə etirazlar dayanmır. Bir neçə ildən sonra baş verən Muxtar Səqəfinin qiyamı zamanı Kərbəlada cinayətə əl atan xəlifə döyüşçüləri cəzalandırılır. Əməvi imperiyası isə zəifləyir.
Bu hadisədən böyük üzüntü keçirən müsəlmanlar yas tuturlar. Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir. Hər il on minlərlə insan Məhərrəm ayını matəm, hüzn mərasimi kimi qeyd edir. Hər il Məhərrəmin 10-cu günü əzadarlıq mərasimləri təşkil olunur, Kərbəla şəhidləri yad edilir. Evlərdə halvalar bişirilib paylanılır.
Əfsuslar olsun ki, Aşura hadisəsinin qeyd olunmasında da ifrata varmalar olur. Bəzi müsəlmanlar məhərrəmlik ayinlərində baş yarmaq, qan çıxarmaq kimi adətlərdən istifadə edirlər. Mütəxəssislərin fikrincə zəncir vurmaq, qola qara bağlamaq, başa palçıq və kül yaxmaq və s. İslama ziddir.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

