/ / “Sputnik-Azərbaycan”ın istefa verən redaktoru “Yeni Azərbaycan”a danışdı: Təzyiqlərə məruz qalırdıq
“Sputnik-Azərbaycan”ın istefa verən redaktoru “Yeni Azərbaycan”a danışdı: Təzyiqlərə məruz qalırdıq
06.08.2022 [10:48]
G.QABİLQIZI
“Sputnik-Azərbaycan”ın fəaliyyəti, rus dili versiyasında baş verən hadisələr bir müddətdir ictimaiyyətin gündəmindədir. Xüsusilə Agentliyin Vətən müharibəsi dövründə ortaya qoyduğu mövqe bu agentliyi hər kəs tərəfindən qınaq obyektinə çevirmişdi. Ötən gün baş verən hadisələr məsələni bir qədər də qabartdı. Belə ki, “Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək tam tərkibdə istefa veriblər. 4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb. Zülfiyyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina, Gülzar Mustafayeva sosial şəbəkə üzərindən paylaşımlarında Azərbaycan vətəndaşları olaraq bu informasiya agentliyində Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.
“Sputnik-Azərbaycan”- nın istefa verən redaktorlarından biri, Gülzar Mustafayeva “Yeni Azərbaycan”a bildirib ki, bundan əvvəl də bir sıra təzyiqlər olub, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı oxşar təzyiqlərə, təhqirlərə məruz qalıb: “Bundan əvvəlki təzyiqlər bu dərəcə sərt formada olmurdu. Artıq bu dəfə başa düşdük ki, təzyiqlərin ardı daha ciddi, kobud formada gələcək. Vətən müharibəsi zamanı da, davam edən Rusiya-Ukrayna müharibəsində də dəfələrlə təhqirlərlə üzləşirdik. Vətən müharibəsi zamanı bizim üçün Azərbaycanın maraqları öndə olub. Bizə Azərbaycanın Ordusu və siyasəti maraqlıdır. Biz hamımız Azərbaycan vətəndaşıyıq. Başqa cür ola da bilməz. Ukrayna məsələsi barədə onu deyə bilərəm ki, Azərbaycanın neytral mövqeyi olduğu üçün biz də bu mövqedə olduq. Təhqirlərlə üzləşsək də, öz işimizi davam etdirdik”.
G.Mustafayevanın sözlərinə görə, təzyiqlər və təhqirlər media qurumunda bir müddət əvvəl yeni rusyönümlü rəhbərin təyin olunmasından sonra baş verib: “Həmin adam “Sputnik - Cənubi Osetiya”da rəhbər olub və keçmiş polkovnikdir. Bu adamın xarakteri vəzifələrindən bəllidir. Adam imperialist, şovinistdir. Bura gələndə bizim müstəqillikdən, suverenlikdən, azad siyasət və fikirlərdən danışmağımıza təəccüb edirdi. Bu vəziyyət onun xoşuna gəlmirdi. Ancaq biz yenə də öz mövqeyimizdən dönmürdük”.
Redaktor həmkarlarının və özünün istefasına səbəb olan hadisə barədə də ətraflı məlumat verib. Bildirib ki, o, növbətçi redaktordan tələb edib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatını yaysınlar: “Halbuki həmin bəyanat Azərbaycan bəyanatına zidd olub, növbətçi redaktor bundan imtina edib, iş “çat”ımızda mübahisə apardıq və hamımız məsələyə qoşulduq. Sübut etməyə çalışdıq ki, bu, Azərbaycanın mövqeyinə ziddir, həm də “Sputnik”in özünə pis təsir edəcək. Rəhbər bizi eşitmədi və yenə dedi ki, materialı qoymalısınız. Bu zaman növbətçi redaktor dedi ki, mən işdən çıxıram. Biz dörd redaktor qərara gəldik ki, hamımız işdən çıxacağıq. Çünki belə şəraitdə heç birimiz işləməyə razı deyilik. Səhəri dedik ki, işdən çıxırıq və rəhbər heç nə demədən razılaşdı. Bizə deyildi ki, sabahdan işə gəlməyə bilərsiniz. Lakin sonra hamımızdan daha iki həftə də işləməli olduğumuzu tələb etdi. Amma biz fikrimizdən dönmədik və dedik ki, sabahdan işə çıxmayacağıq. Sonra rəhbər bizi yenə bir-bir çağırıb müqaviləyə görə iki həftə işləməyimizi xatırladıb bizdən işdə qalmağı tələb etdi. Biz dedik ki, istəyirsən maaşımızı kəs, istəyirsən hansısa maddə ilə işdən çıxar, biz sabahdan işə gəlmirik. “Azərbaycandan başqa bir ölkənin maraqlarını üstün tutan qurumda heç bir zaman işləməyəcəyik”, - deyib istefa verdik. Bildiyim qədəri ilə kollektivi yığıb, deyib ki, guya biz onu nə iləsə şantaj edirmişik deyə özü bizi işdən çıxarıb”.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

