Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Bitki sağlamlığı haqqında” yeni qanun hazırlanır

“Bitki sağlamlığı haqqında” yeni qanun hazırlanır

05.09.2022 [12:05]

Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın bir müddətdə işğal altında olması səbəbindən həmin ərazilərdə hər hansı bir fitosanitar nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmayıb. 

APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda bu ərazilərin bərpası, fitosanitar vəziyyətinin öyrənilməsi və torpaqların əkin dövriyyəsinə daxil edilməsi istiqamətində intensiv işlər görülməkdədir. 

"Gələcəkdə bu ərazilərdə zərərli orqanizmlərdən azad zonaların yaradılması nəzərdə tutulur. Bundan başqa, aparılan islahatlar, müasir çağırışlar nəzərə alınmaqla və beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanmaqdadır. Bütün bunların Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəyinə əminliyimizi bildiririk".

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31