Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İsrail Təhlükəsizlik Akademiyası: Sülhməramlıların qanunsuz hərəkətləri erməniməramlılıq və özbaşınalıqdır

İsrail Təhlükəsizlik Akademiyası: Sülhməramlıların qanunsuz hərəkətləri erməniməramlılıq və özbaşınalıqdır

17.12.2022 [10:26]

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Azərbaycan ekoloqlarının, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin, eləcə də Qeyri-Hökumət Təşkilatları təmsilçilərinin buraxılmaması qanunsuz hərəkətdir və bunu özbaşınalıq olaraq xarakterizə edirik. Rusiya sülhməramlı kontingentinin müvəqqəti məskunlaşdığı ərazilərdə qanunsuz erməni hərbi birləşmələrinin və erməni separatçılarının ekoloji terror törətməsi‚ Azərbaycan ərazilərindəki təbii sərvətləri talayaraq istismar etməsi növbəti hərbi cinayət halıdır. Ermənistan hərbi birləşmələrinin ekoloji terror törətməsi faunanı və atmosferi məhv etmək deməkdir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar məsələyə biganə qalmamalı, aidiyyəti qurumlar bölgəyə səfər edərək məsələni araşdırmalıdır. Ekologiyanı çirkləndirmək  cinayətdir. Qarabağdakı qanunsuz erməni separatçı qüvvələri‚ İran rejiminə bağlı olan şirkətlər və şəxslərin özbaşına olaraq mütəmadi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə gələrək bu ərazilərdəki Azərbaycana məxsus yeraltı və yürüstü təbii sərvəti talan etməsi ilə Azərbaycan iqtisadiyyatına ağır maddi zərər vurub. İran rejiminə bağlı şirkətlər‚ o cümlədən,  SEPAH və ETTEELAAT Qarabağdakı erməni separatçılarının olduğu və rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki yeraltı və yerüstü bütün təbii sərvətləri talayaraq terror‚ silah qaçaqmalçılığı‚ nüvə proqramını genişləndirməyə sərf edir.  Son zamanlar Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə edilən qanunsuz səfərlər və qanunsuz‚ özbaşına keçidlər sülhməramlıların qanunsuz fəaliyyətindən və özbaşınalığından xəbər verir. Üstəlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının bölgədə yoxlama və təftiş aparmasına‚ azərbaycanlı jurnalistlərin öz dədə-baba torpaqlarında çəkilişlər etməsinə və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə gələn azərbaycanlıların ərazilərə daxil olmasına ciddi cəhdlə mane olmaq və öz nəzarətlərində olan yerlərə buraxmamaq‚ artıq özbaşınalığın ən kobud halıdır. Belə sülhməramlı missiyası ola bilməz. Hadisələrdən açıq görünür ki rus sülhməramlılarının əməlləri rəsmən Azərbaycan ərazilərinin növbəti dəfə qəsb olunması faktıdır. Rusiya sülhməramlı kontingentinin fəaliyyəti sadəcə ərazinin təhlükəsizliyini təmin etməli olduğu halda‚ kontingent faktiki olaraq bunun əksini etməkdədir.

Beynəlxalq qanunlara görə, sülhməramlı statusunu yalnız BMT verir. Heç bir ölkə‚ heç bir zaman özbaşına sülhməramlı statusu daşıya bilməz. Bunun üçün həmin ölkənin BMT-dən mandatı olmalıdır. Yalnız BMT TŞ sülhməramlı olacaq ölkə və ölkələrə sülhməramlı mandatı təqdim edir. Eyni zamanda sülhməramlı missiyasında bir ölkə yox, bir neçə ölkə iştirak edir. BMT tərəfindən mandat verilərək bir neçə ölkənin hərbi qulluqçusu sülhməramlı qismində BMT bayrağı altında bölgəyə yerləşdirilir və regionda sülhün qorunmasına xidmət edir. Sülhməramlının fəaliyyəti və missiyası sadəcə ərazinin təhlükəsizliyini təmin etmək, hər hansı təxribat‚pozuculuq və terror hadisələrinin qarşısını almaq, ərazidə sabitliyi qorumaq,‚ insanların və mülki sakinlərin rahat və maneəsiz gediş-gəlişini təmin etməkdir.

Niyyəti sülh olmayan məramlıların isə BMT-dən heç bir sülhməramlı mandatı yoxdur. Yəni Rusiyanın sülhməramlı missiyası beynəlxalq qanunlarla və BMT Nizamnaməsi ilə tənzimlənmir və BMT mandatına sahib deyil. Rusiyanın Qarabağdakı sülhməramlı missiyası BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Görünən odur ki,‚ hazırda Rusiyanın Qarabağdakı fəaliyyəti‚ yuxarıda qeyd olunan sülhməramlılıq anlayışının və prinsiplərinin əksinə olaraq sülhməramlılıq yox,‚ ermənilərə dəstək olmaq, Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaq,‚İran və Ermənistana sözügedən bölgədə şərait yaratmaq, erməni maraqlarını müdafə etməkdir. Azərbaycan dövlət orqanlarının fəaliyyətinə‚ mətbuatın çəkiliş aparmasına ictimaiyyət nümayəndələrinin hərəkətinə ciddi cəhdlə mane olmaq,‚Azərbaycan torpaqlarını qəsb etmək, mənimsəmək anlamındadır.  İrandan sülhməramlıların yerləşdiyi ərazilərə özbaşına və gizlin səfərlər edilməsi, Azərbaycana məxsus yeraltı və yerüstü sərvətlərin İrana daşınması və üstəlik buna sülhməramlıların şərait yaratması, azərbaycanlıları və xüsusən, media nümayəndələrini isə əraziyə buraxmamaq özbaşınalığın ən üst həddidir.

Azərbaycan Qeyri-Hökumət Təşkilatları və media mənsublarının Qarabağda aksiya keçirməsi haqq-ədalətin bərpa edilməsinə xidmət edir. Azərbaycan Qeyri- Hökumət Təşkilatları və media nümayəndələrinin etiraz aksiyası keçirməsi doğru və haqlı addımdır. Azərbaycan haqlı tərəfdir, işğala və əraziləri talana,‚ ərazisindəki təbii sərvətləri istismara məruz qalan tərəfdir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Qanunsuz erməni birləşmələri və erməni separatçıları Azərbaycan torpaqlarını tərk etməlidir. Ermənistan tərəfi ekoloji terroru və Azərbaycan ərazilərini gizli talamağı dayandırmalıdır. Açıq aşkar görünür ki, erməni separatçıları Rusiya sülhməramlı qüvvələrinin dəstəyi ilə Azərbaycan ərazilərində talançılıq və istismarçılıq fəaliyyəti ilə məşğuldurlar. Qanunsuz erməni qüvvələri Azərbaycan ərazilərindəki yeraltı və yerüstü təbii sərvətlərinin istismar edilərək talanması işinə İranı və SEPAH-ı da cəlb edib. Rusiya sülhməramlılarının isə buna şərait yaratması beynəlxalq hüququ pozmaq‚özbaşınalıq və qəsbkarlıqdır. Azərbaycana məxsus yeraltı və yerüstü təbii sərvətlərin, xüsusən, qızıl-gümüş,‚digər qiymətli metalların və qiymətli təbii sərvətlərin talan edilərək gizli şəkildə məhz İrana daşınması, bu marşrut xətti ilə İran rejiminin kirli‚ mənfur siyasətini icra edən SEPAH və ETTEELAAT tərəfindən gizli şəkildə narkotik daşınması beynəlxalq miqyaslı cinayətdir. Rusiya sülhməramlıları buna şərait yaratdıqları üçün ərazini qapalı rejimdə saxlamağa çalışırlar. Bu səbəbdən sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərə Azərbaycanlıların daxil olmasına maneçilik törədilir.

Bütün bu səbəblərə görə Xankəndi-Şuşa istiqamətində Azərbaycanın  qeyri- hökumət təşkilatlarının və media nümayəndələrinin aksiya keçirməsi zəruri və lazımlı addımdır.

Biz‚ aksiyanın keçirilməsinə, aksiyaya gələn hər kəsə öz dəstəyimizi ifadə edirik. Azərbaycanın haqlı mövqeyini‚ beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınan ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik və bütün təhlükə və təhdidlərə,‚təxribat və siyasi hücumlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bəyan edirik.

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31