/ / Nazir: Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndiririk
Nazir: Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndiririk
18.12.2022 [14:44]
Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur ərazisi 28 ildən artıq Ermənistanın işğalı altında idi. Azərbaycan uzun illər ərzində beynəlxalq vasitəçilərin köməyilə münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar məhəl qoymaması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan tərəfindən işğala son qoymaq üçün beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini faktiki olaraq dayandırdı.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Zəngilan Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinqdə deyib.
Nazir qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək, onu təslim aktını imzalamağa məcbur edib. Şanlı qələbə canlarını fəda etmiş şəhidlərin qəhrəmanlığı və şücaəti sayəsində əldə edilib. Azərbaycan öz qanuni hüquqlarını reallaşdırıb, tarixi torpaqlarının işğalına son qoyub, ərazi bütövlüyünü bərpa edib: “Səudiyyə Ərəbistanı Krallığının işğalçı dövlətlə - Azərbaycana qarşı təcavüzə, yüz minlərlə mülki azərbaycanlının öz doğma yurd-yuvasından və torpaqlarından zorla köçürülməsinə, dağıdılmasına səbəb olan, şəhər və kəndlərimizi xarabalığa çevirən, məscidlərimizə və digər müqəddəs yerlərimizə qarşı vandalizm törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini Azərbaycan yüksək qiymətləndirir. Dəymiş maddi ziyanın həcmi hələ tam hesablanmayıb, lakin siz Zəngilanda olarkən nəzər salsanız, dağıntıların miqyasını görə biləcəksiniz”, - deyə nazir bildirib.
S.Şərifov xatırladıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etmək məqsədilə yenidənqurma işləri davam edir. Dövlətimizin başçısının Sərəncamına əsasən “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsi qüvvəyə minib və 2021-ci ildən icrasına başlanılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

