İlham Əliyevin hərbi və iqtisadi siyasətinin uğurlu nəticəsi
19.01.2023 [10:30]
Qarabağa aparan yeni yolun tikintisi yekun mərhələdə
Bu yol Zəngəzur dəhlizinə çıxış edə biləcək
Günel ABBASOVA
Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası ölkəmizin yol infrastrukturunu da müasirləşdirdi. 2004-cü ildən başlayaraq Azərbaycanda hər il 1000 kilometr yeni yol çəkildi, yaxud köhnə yollar əsaslı surətdə yenidən quruldu. Yolların vəziyyəti yenə də daim dövlətin diqqət mərkəzindədir. Çünki yolların yüksək səviyyədə olması insanların rahatlığına və ölkənin sosial-iqtisadi inkişafına xidmət edir. Təsadüfi deyil ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə də yeni yolların çəkilişindən başlandı.
Bunlardan biri də başlanğıcını “Zəfər Yolu”ndan götürən və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşən Füzuli-Hadrut avtomobil yoludur. 2021-ci il martın 15-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli-Hadrut avtomobil yolunun tikintisi də yekunlaşır. Məlumata görə, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası tam olaraq yekunlaşıb.
Qeyd edək ki, yolun 11-km hissəsində asfalt örtüyünün alt layı döşənib. Yolboyu atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 15 suötürücü boru, 7 ehtiyat keçidi, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də sona çatıb. Yolun 6,7 kilometrində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində uzunluğu 18 metr, eni isə 21 metr olan bir aşırımlı körpü inşa edilib. Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. O, 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21,5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.
Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərinə artıq start verilib: “Ərazinin strateji əhəmiyyətini artıran, irimiqyaslı layihələrin icrasını reallaşdırmaq və bərpa işlərini həyata keçirmək üçün xüsusi əhəmiyyət daşıyan yol-nəqliyyat infrastrukturunun bərpası və yenidənqurulması istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılmaqdadır. Prezident cənab İlham Əliyev Füzuli-Hadrut avtomobil yolu barədə danışaraq qeyd etmişdi ki, bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Qeyd edim ki, bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Aparılan bütün bu işlər dövlətimizin iqtisadi gücünün və dövlət başçımızın diqqət və qayğısının nəticəsidir. Füzuli-Hadrut avtomobil yolunun tikintisində son tamamlanma işlərinin həyata keçirilməsi iqtisadi inkişafın nə qədər yüksək səviyyədə olmasının bir göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur rayonları ərazisində icra olunan bu yol işğaldan azad olunan ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Bu yol gələcəkdə Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyətli bir yola da çıxış edə biləcək. Eyni zamanda, Naxçıvanla Azərbaycanın əsas hissəsi ilə birləşməsi, insanların bu ərazilərə rahat şəkildə gedə bilməsi, iqtisadi inkişafın təmin edilməsi Füzuli-Hadrut yolunun əhəmiyyətini daha da artırır.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə heç vaxt yol infrastrukturunun mövcud olmadığı yerlərdə də yollar çəkilir. Bu həm təhlükəsizlik məsələləri üçün vacibdir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bütün layihələr bu ərazilərə qayıdacaq soydaşlarımızın rahatlığı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir”.
Xəbər lenti
Hamısına baxSiyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15

