QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib
09.02.2023 [15:50]
Fevralın 9-da ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsul şəxsləri, QHT rəhbərləri və media mənsubları iştirak ediblər.
Əvvəlcə konfransda qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra konfransa açılış nitqi ilə başlayan Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru A.Əliyeva bildirib ki, Agentlik QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlər icra edir və ənənəvi qrant müsabiqələri çərçivəsində, eyni zamanda səfər qrantı müsabiqəsi çərçivəsində QHT-lərin beynəlxalq istiqamətdə layihələri dəstəklənir, onların beynəlxalq təşkilatların müxtəlif tədbirlərində iştirakı təmin edilir.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, keçirilən tədbirin Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin dəyərləndirilməsi və gələcək hədəflərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə beynəlxalq çıxışı olan əksər QHT-lər hər zaman milli maraqlarımızın qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi və digər istiqamətlərdə ciddi səylər göstərmiş, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmişlər. 44 günlük Vətən Müharibəsindən sonra yaranmış mövcud reallıqlar QHT-lərimiz qarşısında yeni vəzifələr qoyur. Bu xüsusda Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da təkmilləşdirməli, beynəlxalq platformaların işində yaxından iştirak etməli, müxtəlif sahələrdə müsbət təcrübələrin mübadiləsi və s. təşəbbüslərlə çıxış etməlidirlər.
V.Quliyev son illər Azərbaycan QHT-lərinin BMT-nin İqtsadi və Sosial Şurasında (ECOSOC), habelə ayrı-ayrı ixtisaslaşmış beynəlxalq şəbəkələrdə QHT-lərimizin təmsilçiliyindəki keyfiyyət artımını da müsbət dəyərləndirib, davamlılığının qorunub saxlanmasının vacibliyini bildirib.
Sonra çıxış edən digər natiqlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Yalçın Rəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, Günel Səfərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev QHT-lərin ixtisaslaşdığı müxtəlif sahələr üzrə (insan hüquqları, təhsil, mədəniyyət, ətraf mühit, sağlamlıq və s.) beynəlxalq təşkilat və QHT-lərlə, habelə xarici ölkələrin QHT-ləri ilə əməkdaşlıq qurulmasının perspektivləri (o cümlədən mövcud əməkdaşlıqların gücləndirilməsi, beynəlxalq QHT platformalarında Azərbaycan QHT-lərinin təmsilçiyi və fəallığının təmin olunması və digər mövzulara toxunaraq bugünki konfransın əhəmiyyətli olacağını bildiriblər.
Çıxışlardan sonra konfrans QHT-lərin müzakirəsi əsasında davam edib və təkliflər səsləndirilib
Xəbər lenti
Hamısına baxDünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38

