Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb

14.02.2023 [17:03]

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Zaqatala rayon sakini 1970-ci il təvəllüdlü Elxan Xəlilovun ötən il noybarın 4-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı tanışı Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qriqoriy Burqandinova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31