İstintaq davam edir...
23.02.2023 [10:26]
160 nəfər həbs edilib
Nicat Dilqəmli
Qardaş ölkə Türkiyədə baş verən zəlzələlər nəticəsində dağılmış binaların inşasına məsul olan podratçılarla bağlı araşdırmalar davam edir. Türkiyə mediasının yaydığı məlumatda baş verən dağıdıcı zəlzələ ilə bağlı bir neçə tikinti şirkəti rəhbərinin həbs edildiyi diqqətə çatdırılır. İşin tragikomik tərəfi isə bundan ibarətdir ki, bədbəxt hadisə nəticəsində dağılmış binaların bəzi podratçıları hətta ölkəni tərk etmək niyyətinə düşüblər. Onlardan biri də Adıyaman şəhərində zəlzələ zamanı uçmuş “Huzur” binasının podratçısı Yıldıray Varkidir. O, İstanbul hava limanından İsveçrəyə getmək istəyərkən saxlanılıb. “Milliyet” xəbər verir ki, Varki məhkəmənin qərarı ilə həbs edilib. Adıyamanda dağılan çox sayda binanı tikən digər 2 nəfər - Yavuz Karakuş və Sevilay Karakuş da İstanbulda saxlanılıblar.
Adanada dağılan bəzi binaları tikmiş şirkətin rəhbəri Həsən Alpargün isə Kiprdə saxlanılıb. Bundan başqa, Qaziantep bölgəsində baş verən zəlzələdə dağılan binanın podratçıları Ali Əmrə və Əhməd Yıldız da həbs edilənlər sırasındadırlar.
Hatay şəhərində zəlzələdən dağılan “Tower” binasının podratçısı “Cihan İnşaat”ın sahibi Ömər Cihan isə Antalyanın Manavgat rayonunda saxlanılıb. Cihanın zəlzələ qurbanı kimi 5 ulduzlu oteldə qaldığı bildirilib. Təbii fəlakət nəticəsində ölən və yaralananların yaxınları mənzili tikən şirkətin sahibi Ömər Cihandan şikayət edib. Şikayət əsasında Ömər Cihan haqqında həbs qərarı çıxarılıb. Ümumilikdə, Ömər Cihandan 51 nəfərin işkayət etdiyi bildirilir.
Zəlzələdən dağılmış binalarla bağlı 160 podratçı həbs olunub.
Podratçıları neçə illik həbs gözləyir?
Hazırda Türkiyə mediasında aktual olan məsələlərdən biri də zəlzələ nəticəsində dağılmış binaların podratçılarının həbs müddətidir. Türkiyə İnzibati Cinayət Məcəlləsində məsuliyyətin iki cür olduğu vurğulanır. Onlardan biri idarə xidmətinin qüsurlu məsuliyyəti, digəri isə ciddi məsuliyyətidir.
Qüsurlu məsuliyyət “xidməti qüsur” anlayışına əsaslanır. Xidmət qüsuru administrasiyanın qurulmasında, təşkilində və fəaliyyətində baş verən “nöqsan”, “çatışmazlıq” və ya “boşluq” kimi müəyyən edilir. İşin “gec işlənilməsi” və ya “nasazlığı” xidmət qüsuru hesab edilir və belə hallarda müdiriyyət dəymiş zərəri ödəməlidir.
Cinayət Məcəlləsinin 85-ci maddəsinin 1-ci bəndində ehtiyatsızlıqdan bir insanın ölümünə səbəb olan şəxs üçün 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulur. Həmin maddənin 2-ci bəndində isə bir neçə nəfərin ölümünə səbəb olduqda cəzanın 2 ildən 15 ilə qədər olduğu yazılır.
Qeyd edilməlidir ki, zəlzələdən sonra binanın uçması halında iddia müddəti bu binanın tamamlandığı və yaşayış icazəsinin alındığı tarixdən deyil, sökülmə tarixindən başlayacaq. Çünki Türkiyə qanunvericiliyinə görə, nəticəsi əməldən ayrıla bilən cinayətlərdə iddia müddəti əməlin deyil, nəticəsinin reallaşması ilə işlənməyə başlayır.
Qardaş ölkədə zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam edir. Türkiyə lideri Qazientepdəki çıxışında qarşıda duran məqsədlər barədə danışarkən həmin ərazilərdə tikiləcək evlər barədə də məlumat verib: “Məqsədimiz 1 il ərzində sökülən binaların yerinə 2-3-4 mərtəbəli evlər tikməkdir. Keçid dövründə vətəndaşlarımızın hər birinə 10 min lirə yardım (903 manat) pul yardımı edəcəyik”.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonunda olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 42 000 nəfərə çatıb. Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla, 32 ardıcıl təkan baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. 300-dən çox insan yaralanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24

