Beynəlxalq koalisiyanın nümayəndələri Ağdamdan sülh çağırışı ediblər
25.02.2023 [15:02]
Fevralın 25-də “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyası Ağdam şəhərində “Sülh üçün çağırış” tədbiri həyata keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliya, Danimarka, Macarıstan, Bosniya və Herseqovina, Türkiyə və digər ölkələrdən mütəxəssislər iştirak ediblər.
Qonaqlara əvvəlcə Ağdamın tarixi, indiki vəziyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ xanlığının banisi Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da burdan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.
Məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra BMT-nin Təhlükəsizlik Şurası 853 nömrəli Qətnamə qəbul edərək, erməni hərbçilərindən dərhal Ağdamı tərk etməyə çağırıb. Amma buna baxmayaraq BMT-nin Qətnaməsi yerinə yetirilməyib. Ermənilər işğal dövründə Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Daha sonra xocalıların qətl edildiyi Xocalı ilə Ağdam arası yolda yerləşən Şelli kəndindəki “Ölüm dəhlizinə” səfər ediblər. Xocalı faciəsinin şahidləri bildiriblər ki, 1992-ci il 26 fevral tarixində erməni quldur dəstələri tərəfindən Xocalı işğal edilərkən, erməni terrorçuları guya bu yolun “humanitar kordior” kimi təmin edilməsini bildirmiş, lakin elə həmin koridorda yüzlərlə dinc insanı qətlə yetirdilər.
Daha sonra Koalisiya üzvləri humanitar dəhlizin “Ölüm dəhlizi”nə çevrildiyi, Xocalının cəmi 9 km-liyində yerləşən məkanda günahsız qurbanların xatirəsinə yadigar olaraq zeytun ağacı əkdilər. Sülhə çağırışı simvolizə edən zeytun ağacının yanında isə Koalisiyanın şüarını əks etdirən “Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil” (“Without justice there's no trust, without trust there's no reconciliation”) yazılmış xüsusi poster yerləşdirildi.
İtaliya İnsan haqları Federasiyasının sədri Antonio Stanqonun səsləndirdiyi Beynəlxalq koalisiyanın bəyanatında qeyd olundu ki, sülhə gedən yol ədalətdən keçir və qalıcı sülhə yalnız keçmişdə baş vermiş hərbi cinayətlərin nəticlərinin aradan qalxması ilə nail olmaq olar.
“ Bu gün biz Xocalının 9 km-liyindəyik, “ölüm dəhlizinə” çevrilmiş dırnaqarası “humanitar dəhlizdəyik”. Səfərimiz bu torpaqlar azad edildiyi üçün mümkün olub. Biz yaxında belə anım mərasimlərini Xocalıda keçirəcəyimizə də əminik. Münaqişənin bitdiyi, Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxaq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək zamanıdır. Bu cəhdlər cəzasızlıq və susqunluğa son verilməsi, Xocalı barədə ədalətə nail olması və yalnız belə bir sağlam əsasda sülhün əldə olunmasını hədəfləməlidir.” – deyə bəyanatda qeyd olunur.
Sonda natiq bəyan edilən hədəflər istiqamətində Koalisiyanın “Etiraf və barışıq” adlı praktik proqramının sabah Bakıda keçid ədaləti mövzusunda keçiriləcək konfransda təqdim ediləcəyini bildirdi.
Sonra qonaqlar Ağdam şəhərində Xocalı soyqırımı qurbanlarının vaxtilə dəfn olunduğu xiyabanı ziyarət ediblər. Xocalı sakinləri bildiriblər ki, Ağdam çox doğma, əziz və müqəddəsdir. Çünki Ağdam torpağında yüzlərlə Xocalı şəhidi uyuyur.
Ziyarətçilər şəhidlərimizin ruhlarına dualar oxuyublar. Burada bütün məzarlıqlarımızda törədilmiş vəhşiliklərdən, eyni zamanda Milli Qəhrəman Allahverdi Bağırovun qəhrəmanlığı haqqında danışılıb. Bildirilib ki, ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.
Xocalı qətliam dəhlizinə səfəri çərçivəsində xarici qonaqlar Ağdam Cümə məscidini və Ağdam Şəhidlər xiyabanı ziyarət ediblər, burada dəfn edilmiş faciə qurbanlarının ruhlarına dualar oxuyublar. Ağdama səfər çərçivəsində qonaqlara Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəliyində keçirilən görüşdə Qarabağda dini və mədəni abidələrin bərpası ilə bağlı aparılan işlər barədə məlumat verilib
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28

