Ölümə aparan qidalar
04.03.2023 [11:22]
“Fast food” niyə təhlükəlidir?
Şahanə XANKİŞİYEVA
Düzgün qidalanmanın insan sağlamlığı üçün nə qədər önəmli olduğunu bilsək də, çox vaxt etmirik. Günümüzdə müasir həyatın rahatlığı və sürəti üçün ən çox istifadə edilən qidalanma növü “fast food”dur. Damaqda qalan dadı olsa da, ziyanı yetərincədir. Belə qidalara tez-tez “üz tutulması” isə onların “ayaqüstü, tez-bazar” hazırlanmasından irəli gəlir.
Ölümə aparan biznes necə başlayıb?
Tez hazırlanan yeməklərə hələ Qədim Romada rast gəlinirmiş. Belə qidaları əlüstü, ayaqüstü yeməklər adlandırırmışlar. “Fastfood” termini isə ilk dəfə 1951-ci ildə Merriam Vebsterin hazırladığı lüğətdə yer alıb. 1920-ci ildə Amerikada “əlüstü” yeməklərin biznesinə başlanılıb. 1921-ci ildə Kanzas ştatında “White Castle” kompaniyası hamburger satışı ilə məşğul olub. İstehlakçılara yad gələn məhsulların satılması üçün şirkət rəhbərliyi tərəfindən bu gün də önəm verilən prinsiplər rəhbər tutulmuşdu: sabit qiymət, təmizlik və aşkarlıq. Bundan əlavə, daha çox müştəri cəlb etmək üçün başqa bir üsul da vardı. Şirkət sahibi Billi İnqramın ideyası ilə, bir neçə nəfər ağ xalat geyinib, restoran qarşısında süni növbələr yaratmalı idi. Məqsəd isə insanlarda hətta həkimlərin də fastfudu faydalı hesab etdiyi fikri yaratmaq idi. Billi İnqramın “ideyası” nəticəsini verdi - insanların “əlüstü” yeməklərə üstünlük verməyə başladılar.
1940-cı ildə isə bu kompaniyaya ən böyük rəqib olan McDonald`s yaradılıb. Hazırda fast-food məhsullarının ticarəti ilə məşğul olan bu şirkətin dünyanın 119 ölkəsində 30 000-dən çox restoranı fəaliyyət göstərir. Son dövrlərdə isə inkişaf etmiş ölkələrdə sağlamlıq üçün zərərli olduğuna görə Mc.Donald`s qidalarını boykot aksiyaları keçirilir. Hətta, bu mövzuda çəkilmiş sənədli film də var. Morqan Spurlok adlı bir prodüser düz bir ay boyunca gündə 3 dəfə fastfood restoranlarında qidalanır. Az qala ölümlə burun-buruna gələn Morqan Spurlok bu təəssüratlarını qeydə alır və “Şişirt məni” adlı sənədli film çəkir. Beləliklə, bu sənədli filmdə fastfoodun zərərləri və insan həyatına təsiri bütün çılpaqlığı ilə işıqlandırılır.
Tərkibini bilməsək də iştahla yeyirik ...
Fastfoodun artıq çəkiyə səbəb olduğu da məlumdur. Bəs bunun səbəbi nədir? Bəzi həkim və dietoloqlar iddia edirlər ki, fastfoodun mütəmadi olaraq istifadəsi insan orqanizminə ziyanını daha tez büruzə verir. Bu qidaların insan orqanizminə təsiri ilə bağlı qida mütəxəssisi Ağa Salamov ilə həmsöhbət olduq. Ekspert belə qidaların tərkibinin naməlum olduğunu bildirib: “Riskli və risksiz” fastfood qidaları var. Qablaşdırılma şəklində satılan quru “fast foodlar” ən əsas da kartof cipslərinin saxlama müddətinin uzun olmasına baxmayaraq ziyanı daha çoxdur. Tərkibində trans yağ ve bol miqdarda duz olan bu məhsullar səhəttimizdə təzyiq, mədə altı vəz, qara ciyər piylənməsi kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Tərkibi barədə heç bir məlumatımızın olmadığı bu qidalar içində olan zərərli qatqılar vasitəsi ilə insan orqanizmində asıllıq yaradır. Yüksək kalorili olması ilə piylənəməyə gətirib çıxarır. Yerli brendlərin fastfud məhsullarından fərqli olaraq ölkəyə idxal olunan “fastfood” ətlərinin mənşəyi belə bilinmir. Bu cür qidalardan istifadənin minmuma endirilməsini məsləhət görürürük. Əgər immun sistemimizi düşünürüksə, “fast food”lardan mütləq şəkildə uzaq durmalıyıq”.
Bu məhsulların həddindən artıq qəbul edilməsi sağlamlığa ziyan vura bilər. Hazır qidanı ən çox istehlak edən ölkələrdən biri ABŞ-dır ki, son on ildə internet üzərindən bu ölkədə insanların çəki problemi ilə mübarizə aparmalarının tez-tez şahidi oluruq. Xatırladaq ki, çəki problemi bütün xəstəliklərə zəmin yaradan əsas faktorlardan biridir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

