Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub

“Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub

07.03.2023 [15:52]

Mingəçevirli futbolçuları daşıyan avtobus Muğanlı-İsmayıllı yolunda yük maşını ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, hadisə günorta saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 11-ci kilometrliyində, Ağsunun Sanqalan kəndi ərazisində baş verib.

İlkin məlumatlara görə, Mingəçevir futbol klubunun oyunçularını aparan avtobus tikinti şirkətinə məxsus yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki maşında olan sürücü və sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.

Xatırladaq ki, bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyunu keçirəcəkdi. Hadisə səbəbindən sözügedən oyun təxirə salınıb.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31