Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ceyhun Bayramov: Erməni sakinlərin reinteqrasiyasında qərarlıyıq

Ceyhun Bayramov: Erməni sakinlərin reinteqrasiyasında qərarlıyıq

04.04.2023 [20:12]

Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır. 

Bunu aprelin 4-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə deyib.

Nazir, həmçinin işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı dövrdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını qeyd edib.

Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb. İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31