Xocavənddə güllə səsləri...
11.04.2023 [10:42]
Ermənistan üçün ağır nəticələr yarada bilər
Nicat Dilqəmli
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə, həm də qarşıdakı postmüharibə dövründə sülh müqaviləsinin imzalanmasında stimula çevrildi. Ölkəmiz, həmişə olduğu kimi, bu dəfə də beynəlxalq hüququn norma və prinsiplərinə öz sadiqliyini göstərərək reinteqrasiya məsələsində öz mövqeyini bu günə qədər dəfələrlə ifadə edib. Qarabağda olan erməni sakinləri ilə dialoq məsələsi üçün hazır olduğumuzu Azərbaycan tərəfi artıq bildirib. Lakin görünən odur ki, Ermənistan tərəfi, daha dəqiq desək, oradakı müəyyən revanşist dairələr proseslərin uğurla davam etdirilməsində maraqlı deyillər. Belə ki, üçtərəfli bəyanatın imzalanmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırır. Mina xəritələrinin verilməməsi, atəşkəsin dəfələrlə pozulması kimi bir çox faktlar deyilənləri bir daha təsdiq edir.
Ötən gün isə Ermənistan tərəfindən təxribat xarakterli daha bir addım atılıb. Belə ki, Rusiya sülhməramlıları Qarabağın Xocavənd rayonunda atəşkəs rejiminin pozulması faktını qeydə alıblar. Məlumata görə, ölən və yaralanan olmayıb. Rusiya Müdafiə Nazirliyinin (MN) bugünkü informasiya bülleteninə əsasən, komandanlıq qeyd edilən faktla bağlı araşdırma aparır. Sülhməramlılar, eyni zamanda, Ermənistandan Xankəndiyə humanitar yük daşıyan daha bir karvanı müşayiət ediblər.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan hərbi ekspert Ədalət Verdiyev Rusiya MN-nin sözügedən faktla bağlı yaydığı məlumatın sülhməramlı kontingentin üzərinə düşən vəzifələri bu günə qədər yerinə yetirmədiyindən xəbər verdiyini diqqətə çatdırıb. Ə.Verdiyev qeyd edib ki, bu cür addımlar Ermənistan üçün ağrılı-acılı nəticələrə gətirib çıxara bilər: “Çünki biz atəşkəsin pozulmasının ermənilər tərəfindən baş verdiyini dəfələrlə faktlarla, görüntülərlə ictimaiyyətə təqdim etmişik, lakin Rusiya tərəfi nədənsə Qarabağ ərazisində bu günə qədər silahların, texnikaların qalmasına aydınlıq gətirmir. Hər bir halda, biz bu günə qədər Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində 10 minə yaxın Ermənistan ordusunun və yerli ermənilərdən ibarət silahlı birləşmələrin olduğunu müşahidə edirik. Çox sayda qüvvənin Qarabağda qalması heç bir halda sülhün yaxın müddətdə əldə olunmasına xidmət etmir. Əksinə, dəfələrlə Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, həmin silahlıların Qarabağdan çıxarılmaması və bu azmış kimi, hələ bir də atəşkəsi pozması Azərbaycan tərəfini daha təsirli, adekvat və ermənilər üçün ağrılı-acılı nəticələrə gətirib çıxara biləcək addımlar atmağa vadar edir”.
Hərbi ekspert hesab edir ki, ordumuza qarşı və ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirən mülki vətəndaşlarımızın həyat və sağlamlığına təhdid törədən addımların qarşısının alınması üçün Azərbaycan tərəfi atəşkəsi pozan düşmən mövqeyini darmadağın etməlidir: “Cəmləşdirilmiş atəşimizlə oradakı erməni silahlılarını məhv etməliyik. Və bu mövqelərin üzərində Azərbaycan bayrağını qaldırılmaqla qəhrəman ordumuzun şəxsi heyəti yerləşdirilməlidir. Bu tipli tədbirlərin bir neçə dəfə təkrarlanmasından sonra atəşkəs rejiminin pozulmasında ciddi azalmalar müşahidə edilə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

