Gözəllik ondur, doqquzu zövqdür...
11.04.2023 [10:58]
Estetik zövqümüz niyə korlanır?
Qönçə QULİYEVA
Günümüzdə estetik zövq anlayışı hər kəs tərəfindən düzgün qavranılmır. Belə ki, estetika dedikdə yalnız zövq və gözəl görünüş deyil, həm də gözəllik qanunlarını incəsənətin gərçəkliyə münasibətini öyrənən fəlsəfi bir elm başa düşülür. Məhz buna görə də “estetika” sözünün etimologiyası da “hiss edən” deməkdir. Estetika insanda bədii şüurun inkişafı ilə yanaşı, mənəviyyatın zənginləşməsinə də təsir edən amildir. Buna görə estetik tərbiyənin öyrənilməsi vacibdir. Çünki estetik tərbiyə əxlaq və dəyərlərin mənimsənməsi baxımından mühüm bir anlayışdır. Estetikanın mühüm kateqoriyalarından biri, şübhəsiz ki, gözəllik faktordur. Gözəllik Şərq düşüncəsində zamana və məkana sığmır və ölməz hesab edilir. Şərq düşüncəsində estetik gözəllik ruh, qəlb və obraz-bədən kimi qruplara bölünür və bu üç faktor bir-biri ilə sıx əlaqəlidir. Şərq təfəkkürünə görə ruh sonsuzluğu, qəlb müqəddəsliyi, bədən isə konkretliyi ifadə edir. Bu təfəkkürə görə insanın qəlbini, ruhunu və gözəlliyini günahlar çirkləndirir. Gözəllik azadlıqdır və həyatverici qüvvəyə malikdir. Təbii ki, bu azadlıq günümüzdə fərqli cür anlaşılır. Şərq gözəllik və estetik zövq təfəkkürü isə artıq yox olmaq üzrədir. Bu zaman bir sual ortaya çıxır: estetik zövq, əslində nədir? Estetik zövqün formalaşması bir çox faktorlardan asılıdır. Bu faktorların ən mühümü ailə və ətraf mühitin insana təsiridir.
Ailənin estetik tərbiyədə rolu
Estetik zövq öncə ailə mühitində formalaşır və zamanla bu gözəllik baxışı fərdin emosiyalarına görə inkişaf edir. Estetik zövqün ilkin təsəvvürləri ailədə yaranır, daha sonra fərdin cəmiyyətdəki yeri və roluna görə, eyni zamanda, qavrayış və emosiyaların dəyişməsi ilə müxtəlifləşə bilir. Yəni, valideynlər övladını gözəllik anlayışı ilə tanış edir və estetik tərbiyə vermək vəzifəsini öz üzərinə götürür. Buna görə də, hər ailənin estetik zövq baxışı fərqli olduğundan, fərdlərin də gözəllik hissini qavraması və estetik zövqü bir-birindən seçilir.
Geyimlərin mənəviyyata təsiri
Geyimlərin seçimi, insana təsirləri və bu kimi bir çox məsələlər barədə öz fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən psixoloq Vüsalə Əmiraslanova deyir ki, geyim yaş dövrlərinə görə dəyişir: “Əvvəllər uşaqları valideynləri geyindirirdisə, son vaxtlar yeniyetmələr daha çox öz seçdikləri geyimləri geyinirlər. Bu geyimləri seçmək səbəbləri müxtəlifdir. Bəziləri baxdıqları bir sənətçinin və ya müğənninin geyiminə oxşar paltarlar seçirlər”.
Psixoloqun sözlərinə görə, geyim tərzi insanlara həm mənfi, həm də müsbət təsir edə bilər: “Məsələn, geyimindən rahat insan özünü cəmiyyət arasında da rahat hiss edir. Geyim cəmiyyətin etik normalarına uyğun deyilsə, bu, həm ətrafda, həm də özümüzdə narahatlıq yaradır. Estetik zövqün formalaşması, eyni zamanda, xarakterlə və düşüncə tərzi ilə bağlıdır. Geyim tərzi xarakter və düşüncələr ilə üst-üstə düşürsə, bu bizim psixologiyamıza və mənəviyyatımıza yaxşı təsir göstərir. Xarakterimizi əks etdirən geyimlər bizim daha rahat davranmağımıza səbəb olur”.
Modelyer Şəlalə Maqsudova isə açıqlamasında bildirib ki, estetik zövq deyəndə, ilk növbədə gözəlliyi hiss etmək, görmək və onu formalaşdırmaq kimi başa düşməliyik: “Hansı sahədən danışmağımız fərq etməz. Bir modelyer-rəssam, dizayner olaraq estetik zövq deyərkən, ilk növbədə mənə yaxın olan sahədə imicimizin, geyimimizin, tərzimizin necə formalaşması və inkişafı daha çox maraqlandırır. İnsanlar müxtəlif olduqları kimi zövqləri də müxtəlifdir. Moda sahəsində hər il, hər fəsil yeniliklər və dəyişikliklər olur. Amma hər kəs bunu izləmir. Bunun günümüzdə bir çox səbəbləri var. Modanı yaxından izləyən istər qadın, istərsə də kişilər olsun, öz imiclərini asanlıqla seçir. Dediyimiz estetik zövq bax, o insanlarda daha tez formalaşır”.
Ş.Maqsudova internet əsrində yaşadığımıza görə qadınlar və kişilərin imiclərini, moda sahəsində hər bir yeniliyi oradan axtarıb seçdiyini də qeyd edib: “Bundan yararlanaraq öz tərzini, imicini tapanlar da var, izləməyərək öz rahat geyim tərzinə düşgün olaraq öz seçimini başqa cür formalaşdıranlar da”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

