/ / İlyas Hüseynov: Türkiyənin regionda stabilləşdirici faktor kimi çıxış etməsi Prezident Ərdoğanın apardığı siyasətin nəticələridir
İlyas Hüseynov: Türkiyənin regionda stabilləşdirici faktor kimi çıxış etməsi Prezident Ərdoğanın apardığı siyasətin nəticələridir
11.04.2023 [12:40]
"Türkiyənin son illərdə apardığı siyasət bu dövlətin qlobal miqyasda mühüm oyunçu kimi qəbul edilməsini şərtləndirib. Təbii ki, burada Prezident Ərdoğanın tutduğu strateji xətt mühüm rol oynayıb. Ötən dövr ərzində Avropa-Türkiyə, Türkiyə-ABŞ münasibətlərinin konturları da bunu sübut edir. Bu gün Avropanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların rəhbərləri Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini yüksək dəyərləndirirlər".
Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalının ötən ay ABŞ-a səfəri də ikitərəfli münasibətlərdə yeni məqamların ortaya çıxmasını göstərir. Xatırladaq ki, İ.Kalın səfər çərçivəsində Vaşinqtonda Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşmüşdü və eyni zamanda ABŞ Ticarət Evində keçirilən ABŞ-Türkiyə biznes forumunda da iştirak etmişdi. Politoloqun fikrincə, ABŞ ilə Türkiyə arasındakı münasibətlər çoxşaxəli olduğu qədər vaxtaşırı müzakirələri də tələb edir. "Ancaq təbii ki, Türkiyədə prezident və parlament seçkilərinin başladığı və gündəmi seçkilər mövzusu zəbt etdiyi dönəmdə Ərdoğanın ən yaxın adamlarından olan İbrahim Kalının ABŞ-a səfər etməsi mühüm əhəmiyyətə malikdir. Kalın Türkiyənin xarici siyasətinin formalaşmasında iştirak edən şəxsləri sırasındadır və ABŞ-da təhsil alıb, Vaşinqtonda siyasi əlaqələri mövcuddur. Fikrimcə, indiki məqamda Türkiyənin uğurlu xarici siyasət kursu yürütməsi, regionda stabilləşdirici faktor kimi çıxış etməsi birbaşa prezident Ərdoğanın yürütdüyü siyasətin nəticələridir. Eyni zamanda, ABŞ-da güclü türk diasporu mövcuddur və seçkiqabağı fəaliyyətlər koordinasiya edilməlidir. Çünki türk diasporunun həm birbaşa seçkilərdə səs vermək, həm də seçkiqabağı kampaniyaya dəstək vermək baxımından ciddi imkanları var. Onu da qeyd etməliyik ki, son seçkilərin nəticələrinə görə, ABŞ-da cəmi 106 min türk seçicinin olduğu üzə çıxıb. Aydındır ki, onların səsləri ümumi seçkilərə ciddi təsir göstərə bilməz, lakin unutmaq lazım deyil ki, xaricdəki vətəndaşlar Türkiyədə seçicilərdən əvvəl səs verir və bununla da seçki əhval-ruhiyyəsinə təsir edə bilərlər", - deyə İ.Hüseynov deyib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

