Daha çox insan əfv oluna bilər
14.04.2023 [10:45]
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları may ayına qədər davam edəcək
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aprelin 12-də keçirilən növbəti iclasında 100-dən artıq müraciətə baxılıb. Komissiyanın növbəti iclası aprelin 19-na təyin edilib. Qeyd edək ki, bu ilin əvvəlindən indiyədək Əfv Komissiyasında, ümumilikdə, 1500-dən çox müraciətə baxılıb.
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanının imzalanması mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Cənab İlham Əliyev dövlət başçısı kimi 36 əfv Sərəncamı imzalayıb.
Bütövlükdə, indiyə qədər əfv barədə imzalanmış 68 fərman və sərəncam 8987 nəfərə şamil edilib. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Ümumilikdə isə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub. Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb. Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsidir.
Aprelin 12-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi də bu istiqamətdə növbəti addımların atılacağını deməyə əsas verir. Məsələ ilə bağlı Komissiyanın üzvü Əliməmməd Nuriyev qəzetimizə açıqlamasında bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi münasibətilə növbəti əfv prosesinin həyata keçiriləcəyi gözlənilir. Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman öz fəaliyyətində humanizm prinsiplərini əsas götürür: “Əlbəttə ki, əfv hüququ cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir. Amma Əfv Məsələləri Komissiyasının iclaslarından sonra bir qayda olaraq əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Müraciətlərə gəlincə, məhkumlar, onların ailə üzvləri, vəkilləri, eyni zamanda, QHT nümayəndələri, deputatlar tərəfindən müraciətlər olub. Əlbəttə, bütün müraciətlərin ünvanı cənab Prezidentdir. Bu da Prezidentə inam və etibarla bağlıdır”.
Ə.Nuriyev qeyd edib ki, bu il komissiyanın üzərinə böyük məsuliyyət düşür: “Komissiya öz işini Prezidentin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq həyata keçirir. İclaslarda Komissiyaya daxil olan müraciətlər hərtərəfli araşdırılacaq. Qanunvericiliklə müəyyən edilmiş kriteriyalara uyğun olaraq rəylər hazırlanıb, dövlət başçısına təqdim olunacaq. Komissiyanın iclasları may ayına qədər davam edəcək. 2023-cü il sıradan il deyil. Azərbaycan tarixində müstəsna rolu olan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı daha çox insan əfv oluna bilər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

