Yeni geosiyasi mərhələnin başlanğıcı...
03.06.2023 [10:55]
Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi regiona nə vəd edir?
Türkiyədə prezident seçkilərinin ikinci turu arxada qaldı. Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən xalqının etimadını qazanması, dövlət başçısı seçilməsi regional inkişafa, eləcə də qlobal proseslərə yeni nəfəs verəcək. Bir sıra siyasi mütəxəssislərin fikrincə, Prezident Ərdoğanın təbilğat dövründə səsləndirdiyi fikirlər Türkiyə ilə yanaşı, bütövlükdə, regionun siyasi-iqtisadi gələcəyi üçün mühüm anonslardır.
Ərdoğan and içəcək
Bu gün Rəcəb Tayyib Ərdoğanın rəsmi andiçmə mərasimi baş tutacaq. Türkiyə Böyük Millət Məclisində keçiriləcək mərasimdə Prezident Ərdoğan əvvəlcə TBMM-in müvəqqəti sədri Dövlət Baxçalıdan alaraq, daha sonra Baş Assambleyada and içəcək. İnaqurasiyada 20-dən çox dövlət və hökumət başçısının iştirak edəcəyi gözlənilir. Eyni zamanda, bəzi ölkələrin tədbirdə hökumət rəsmiləri səviyyəsində təmsil olunacağı bildirilir.
“Türk Əsri”nin hədəfləri...
Bütövlükdə hər iki seçki təbliğatı dövründə XXI əsri “Türk Əsri” kimi dəyərləndirən Prezident Ərdoğanın bəzi hədəfləri belə şərh olunur: sənayenin çoxşaxəli və yeni inkişaf mərhələsini formalaşdırmaq, Türkiyəni tranzit-logistik mərkəzə çevirmək, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında inteqrasiyanı daha da gücləndirmək. Bu bir həqiqətdir ki, Prezident Ərdoğan öz çıxışlarında türk dövlətləri arasında iqtisadi zonanın genişləndirilməsinin vacibliyini dilə gətirir, TDT ölkələrinin iqtisadi sahədə əməkdaşlığının vacibliyini önə çəkir. Türk dünyasının yeni inkişaf mərhələsinin əsas hədəfi isə Zəngəzur dəhlizi sayılır. Yeni dövrün iqtisadi inkişaf mərhələsinin vacib komponenti - Zəngəzur dəhlizi, Türk Dövlətləri Təşkilatı üzvlərinin iqtisadi birliyinin əsas açarıdır. Bu mənada, Prezident Ərdoğanın gələcək fəaliyyətində daha yüksək səviyyəli inteqrasiyanın prioritet daşıyacağını indidən söyləmək mümkündür.
Yeni dönəmin Türkiyəsi - uzunmüddətli planlar...
Eyni zamanda, Ərdoğanın yenidən dövlət başçısı seçilməsi Yaxın Orta Şərqin yeni siyasi nizamının formalaşmasına da yol açacaq. Belə ki, Türkiyə ilə İsrail arasında münasibətlərin son dövrlərdə yeni mərhələyə daxil olması, ötən ilin martında İsrail Prezidenti İsxak Hersoqun Ankaraya səfər etməsi ikitərəfli əlaqələrdə yeni səhifə açıb. Hər iki dövlətin Azərbaycanla yaxın dostluq və qardaşlıq münasibətində olmasını nəzərə alsaq, iki ölkə arasındakı əlaqələrin inkişafı bizim üçün də mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasında politoloq İlyas Hüseynov Prezident Ərdoğanın yenidən dövlət başçısı seçilməsini bütün türk dünyası üçün böyük uğur hesab edir. “Çünki Ərdoğan hər zaman türk-müsəlman dünyasının hüquqlarını qoruyub və qarşıdakı dönəmdə də öz siyasi xəttinə sadiq olacaq. Bu mənada, TDT-nin yaranması, yeni inkişaf mərhələsinə qədəm qoyması xüsusilə vurğulanmalıdır. Vətən müharibəsindən sonra bu proses daha da sürətlənib. Bu gün Şərq ilə Qərb arasındakı münasibətlərin inkişafında türk faktoru mühüm yer tutur - Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə ümumilikdə, Şərq-Qərb bağlantısının əsas ana xəttini təşkil edir. R.T.Ərdoğan həm də bu xüsusda qarşıdakı dövrü “Türk əsri” adlandırır. “Türk Əsri” dediyimiz faktor isə enerji, nəqliyyat, əməkdaşlıq, iqtisadi artım və bir sıra mühüm amilləri özündə birləşdirir”.
Bakı-Təl-Əviv-Ankara üçbucağı
Politoloqun fikrincə, qarşıdakı mərhələ ilə bağlı danışarkən, təmaslara və səfərlərə nəzər salınmalıdır. Belə ki, ötən günlər İsrail Prezidentinin Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində çox mühim məsələlər müzakirə olunub. Bununla yanaşı, İsxak Hersoq bir müddət əvvəl Türkiyəyə səfər etmişdi. Xüsusi vurğulanmaldır ki, ötən ilə qədər Türkiyə-İsrail münasibətləri çətin bir dönəm yaşayıb: “İsrail ilə Türkiyə arasında yaxınlaşmalarda Vətən müharibəsinin və onun nəticələrnin rolu danılmazdır. Bu mənada rəsmi Bakının xidmətləri də xüsusi qeyd olunmalıdır. Vətən müharibəsi dövründə “Bayraktar” pilotsuz uçuş aparatları ilə “Harop” komikadze dronlarının birgə uğurlu döyüş əməliyyatları aparması iki dövlətin yüsək inkişafının bariz sübutu idi. Qarşıdakı dönəmdə də bu əməkdaşlıqların çox mühüm geosiyasi üçbucaq yaratma ehtimalı böyükdür. Bakı-Təl-Əviv-Ankara üçbucağının öz məqsəd və hədəfləri var. Həmçinin kənar hədəflərin uzaqlaşdırılması, bu sahədə fəaliyyətin gücləndirilməsi və ümumi maraqlara xidmət edən müvafiq tədbirlərin həyata keçirilməsini də müşahidə edə bilərik. Hesab edirəm ki, bu geosiyasi üçbucaq böyük siyasi arealda təhlükəzliyin əsas təminatçısı rolunda çıxış edəcəkdir”.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

