Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Daşıdığı vəzifəyə qeyri-mütənasib davranışlar...

Daşıdığı vəzifəyə qeyri-mütənasib davranışlar...

03.06.2023 [15:03]

Təəssüf ki, ölkəmizin nümayiş etdirdiyi humanizm, sülhpərvərlik bəzi hallarda kimlərdəsə fərqli asossasiyalara yol açır - onlar bundan sui-istifadə etməyə çalışırlar. Məsələn, Fransa və onun prezidenti kimi...

Məsələ orasındadır ki, adətən rəsmi və Kişinyov görüşü kimi qeyri-rəsmi görüşlərdən sonra siyasi etiket qaydalarına uyğun olaraq mətbuata açıqlamanı Aİ Şurasının prezidenti Şarl Mişel təqdim edir. Bu dəfə Makronun da özünə havadan belə bir “vəzifə” çıxarması təəccüblüdür - Fransa kimi Avropanın aparıcı dövlətinin, müəyən mənada tarixi olan bir dövlətin rəhbərinin bu qədər ucuzlaşması, tutduğu posta mütənasib olmayan fikirlər səsləndirməyə çalışması, fürsətcilliyi heyrət doğurur. Onun görüşdən sonra tələm-tələsik verdiyi “açıqlama” siyasətçiyə xas olmayan davranışdır. Orada səslənən bəzi ifadələr isə təhrif və birbaşa beynəlxalq hüquqa ziddir. Emmanuel Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına həqiqətən də dediyi kimi “töhfə vermək” niyyətindədirsə, məsələyə beynəlxalq hüququn tələbələri müstəvisində yanaşmalıdır. Yoxsa, ermənidən betər erməni olmaqla heç bir töhfə vermək olmaz, tam əksinə, prosesin uğurlu inkişafına yalnız mane olmaq olar.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31