Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət növləri müəyyən edilir

Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət növləri müəyyən edilir

20.06.2023 [15:58]

Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə “Siyasi partiyalar haqqında” Qanun ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqana (quruma) məlumat verməməsinə görə vəzifəli şəxslər 500 (beş yüz) manatdan 700 (yeddi yüz) manatadək, hüquqi şəxslər 1500 (min beş yüz) manatdan 2 (iki) min manatadək məbləğdə cərimə edilir.

Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 20-də videokonfrans formatında keçirilən iclasının gündəliyinə daxil edilib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) əsasən, Məcəllənin yeni redaksiyada təklif olunan 184-cü maddəsində siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət növləri müəyyən edilir.

Dəyişikliyə görə, bu xətaya təkrar yol verənlər üçün cərimələr tətbiq olunacaq. Belə ki, xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 000 (iki min) manatdan 2500 (iki min beş yüz) manatadək, hüquqi şəxslər 4 000 (dörd min) manatdan 6000 (altı min) manatadək cərimə olunacaq.

Paylaş:
Baxılıb: 395 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31