Ehtiyac var?
25.07.2023 [12:08]
Günel ABBASOVA
Təhsil ocaqlarında dinlər haqqında məlumat verilməsinə ehtiyac var.
Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
“Azərbaycan cəmiyyətində bu mövzu geniş müzakirə olunur. Yanaşmalar fərqlidir. Mən əvvəl də demişdim ki, Azərbaycan məktəblərində dinlər haqqında məlumat verilməsinə ehtiyac var. Bu məsələ qaldırılanda bəzi insanlar məktəblərdə dini fənlərin tədris ediləcəyini güman edirlər. Xeyr, burada əsas hədəf və məqsəd gənclərə dinlər haqqında məlumat verməkdir. Bu məlumatlar ona görə verilməlidir ki, gənclərin zərərli təriqət və dinlərin mahiyyəti barədə təsəvvürləri formalaşsın”.
Onun sözlərinə görə, əks halda gənclər zərərli mənbələrə müraciət edirlər: “Mən sosial şəbəkələri davamlı olaraq təhlil edirəm. Demək olar ki, bütün dinlər, təriqətlər sosial şəbəkələrdə fəal təbliğat aparırlar. Onların çox böyük izləyiciləri var. Biz gənclərə özümüz bu bilgiləri vermədikdə, onlar informasiyaları ayrı-ayrı, xüsusilə də zərərli mənbələrdən alırlar. Bu da bəzi gənclərin beyinlərinin zərərli fikir və təlimlərlə çirklənməsinə aparıb çıxarır”.
Millət vəkili qeyd edib ki, sözügedən məsələ ilə bağlı geniş məlumatların verilməməsi acı nəticələrlə üzləşməyimizə səbəb ola bilər: “Bu gün belə fikirlər səsləndirilir ki, məktəblərdə “Həyat bilgisi” dərsi keçirilir və orada verilən məlumatlar yetərlidir. Mənim fikrimcə isə əslində verilən bilgi yetərli deyil. Biz gənclərimizə daha geniş məlumat verməliyik. Biz bunu etməsək, onun acı nəticələri ilə birmənalı olaraq üz-üzə qalacağıq. Düşünürəm ki, bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Gec-tez bu məsələyə gələcəyik. Nə qədər ki, çox gənc yad düşüncə və ideologiyalarla zəhərlənməyib, biz sözügedən prosesə başlamalıyıq. Bu gün qəbul etsək də, etməsək də Azərbaycan cəmiyyətində xüsusən gənclər, yeniyetmələr arasında dindarlaşma prosesi olduqca sürətlə gedir. Əsas zərərli təriqətlərin, dinlərin haqqında məlumatlar verməliyik ki, onlarda immunitet formalaşsın. Hesab edirəm ki, bunun üçün bizim imkanlarımız var. Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Oranı bitirən gənclərimiz orta məktəblərdə bu fənləri tədris edə bilərlər. Biz bu işə pilot layihələrlə başlayıb prosesi yoxlaya, daha sonra digər istiqamətlərdə addımlarımızı ata bilərik”.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19

