Hindistan Ermənistana hərbi təyinatlı yük tədarük edib, tranzit ölkə isə İran olub VİDEO
26.07.2023 [16:39]
Nurdüz (İran) sərhəd-buraxılış məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə öz sərəncamında olan operativ çəkiliş kadrlarını dərc edən Caliber.az saytı bildirib. Kadrlardan görünür ki, daşınan yük onun içərisində olanların gizlədilməsi məqsədilə çadırla örtülüb. Saytın məlumatına görə, İrandan Ermənistana daşınan yük hərbi təyinatlıdır və İranın Bəndər-Abbas limanına çatdırılıb.
Sayt iki müstəqil mənbəyə istinadla dəqiqləşdirir ki, silahların tədarükçüsü son zamanlar Ermənistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirən Hindistandır.
Prezident İlham Əliyevin də bu məsələdə Hindistana açıq xəbərdarlıq etdiyini xatırladan Caliber.az qeyd edir: “Bizim əlimizdə olan videokadrlarda görünür ki, Hindistan aşkar şəkildə faktiki olaraq Ermənistanı silah və hərbi texnika ilə təmin etməyə başlayıb. Hərçənd Bakı bütün kanallar vasitəsilə Dehlini erməni ordusunun yenidən silahlandırılması və Ermənistanın hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyalarının yaradılması ilə bağlı xəbərdar edirdi”.
Beləliklə, bu ilin mayında Hindistanın yeni səfiri Sridxaran Madxusudxananın etimadnaməsini qəbul edən İlham Əliyev onun diqqətinə çatdırıb ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən dövlət başçısı qeyd edib: “Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?”. Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Sonra məqalədə qeyd olunub ki, Dehlidə bunun hansı nəticələr doğuracağını anlamaya bilməzlər: Ermənistana silah-sursat, ölümcül silahlar, o cümlədən “Pinaka” zenit-raket sisteminin və uzaqmənzilli silahların tədarükü hətta sərhəd bölgəsindən uzaqda yerləşən dinc Azərbaycan şəhərlərinə birbaşa təhlükə yaradır. Axı 44 günlük müharibə əyani şəkildə göstərdi ki, döyüş meydanında məğlub olan erməni ordusu din yaşayış məntəqələrini atəşə tuta, öz evlərində yatan sakinləri qətlə yetirə bilər...
Müəllif yazır: “Bu məsələdə ən sinik olan odur ki, Hindistan gur səslə beynəlxalq hüquqdan danışır, lakin Cənubi Qafqazda açıq-aşkar hərbi münaqişənin qızışdırılması və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik siyasətini dəstəkləyir. Eyni zamanda, o, bütün bunların Bandunq konfransının və Hindistanın da üzvü olduğu Qoşulmama Hərəkatının prinsiplərinə zidd olduğunu da nəzərə almır. Bundan başqa, axı məhz Nehru QH-nin yaradılmasının təşəbbüskarlarından biri olub...”.
Tədarüklərin İrandan keçməsinə gəldikdə, sayt qeyd edir ki, cənub qonşusu artıq çoxdandır ki, Azərbaycana münasibətdə öz riyakarlığı, ikiüzlülüyü və düşmənçiliyi ilə bizi təəcübləndirmir.
Məqalədə deyilir: “Molla rejiminin artıq çoxdandır ki, beynəlxalq münasibətlərdə izqoya çevrilməsinə baxmayaraq, bu, Dehlini heç də utandırmır. Şəxsi olan heç nə yoxdur, böyük məbləğdə pullar və geosiyasi maraqlar. Uzunsaqqallı fanatiklər 45 ildir bağırırlar ki, bütün dünyada müsəlmanların maraqlarının müdafiəçiləri qismində çıxış edirlər, Azərbaycanla qardaşlıq əlaqələrindən danışırlar, amma artıq çoxdan Ermənistanla ağız-ağıza veriblər və bu səbəbdən heç bir şübhə yeri qoymadan öz ərazisini “daşlar ölkəsinə” xaricdən silah göndərilməsi üçün təqdim edirlər”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

