Cavanlıqda qocalıq qayğıları
29.07.2023 [15:09]
Mübariz FEYİZLİ
Azərbaycanda aparılan islahatlar çərçivəsində qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla vətəndaşların pensiya təminatı qaydalarında da mütərəqqi dəyişikliklər edilir. Respublikamızda 2006-cı ildən etibarən fərdi uçot əsaslı sosial sığorta sisteminin tətbiqinə keçid edilib. Hazırda bu sistem bütün işləyən əhalini əhatə edir. Pensiya islahatlarına əsasən, vətəndaşın gələcək pensiyasının məbləği fərdi hesaba toplanan kapitala bağlı olur. Fərdi uçot əsaslı sosial sığorta sisteminin tətbiqi gələcəkdə vətəndaşların pensiya təminatında etibarlı maliyyə mənbəyi rolunda çıxış etməklə yanaşı, həm də sığortaolunanların pensiya təminatının ədalətli həlli deməkdir. Bu gün kim başqalarından fərqlənərək DSMF-nin müvafiq qurumundakı fərdi uçot hesabına daha çox məbləğdə sığorta ödənişi toplanmasının qayğısına qalırsa, təbii ki, gələcəkdə onun pensiyası da daha yüksək olacaq. Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Respublikamızda fərdi uçot əsaslı sığorta sisteminə inamın ifadəsi olaraq sığortaolunanların aktivliyi getdikcə artır. Ölkə üzrə iqtisadiyyatın “ağardılması”, şəffaflığın artırılması proseslərinin nəticəsi olaraq muzdlu işçilərlə işəgötürənlər arasında bağlanan əmək müqavilələrinin sayı getdikcə artır. Artıq vətəndaşlarımız fərdi uçot əsaslı sığorta sistemində kapitallarının yığılmasına böyük maraq göstərirlər. Bunu Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasından da görmək mümkündür. Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib. Fondun İdarə Heyətinin sədri Himalay Məmişovun verdiyi məlumata əsasən, DSMF-nin 2023-cü ilin I yarımilində gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 465 mln. manat və ya 16,6 faiz çox olmaqla 3271 mln. manat təşkil edib. Həmin gəlirlərin 2531 mln. manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da 2022-ci ilin I yarımili ilə müqayisədə 13,8 faiz və ya 306 mln. manat çoxdur. Fondun ilin 6 ayındakı xərcləri isə ötən ilə nisbətən 16,2 faiz və ya 418 mln. manat artaraq 3009 mln. manat olub. Xərclərin 2919 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 413 mln. manat çoxdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

