İslama hücum qəbuledilməzdir
02.08.2023 [10:55]
NARDAR
Bu gün özünü inkişafın yüksək səviyyəsinə çatmış hesab edən Avropanın ayrı-ayrı ölkələrində İslam mədəniyyətinə qarşı yeni bir hücum dalğasının yarandığını müşahidə etmək məyusedicidir. Ksenofobiya, irqçilik, millətçilik kimi təhlükəli meyllər bugünkü Avropanın mənzərəsinin bir hissəsini təşkil edir.
Bütün səmavi dinlər kimi, İslamın da özünəməxsus fundamental dəyərləri var. “Quran” dinimizin müqəddəs kitabıdır. İslam dininin dəyərləri və “Quran” millətlər və dinlər arasında nifaq yaradılmasını inkar edir, bütün insanlara milliyyətindən, dinindən asılı olmayaraq yüksək dəyər verir, fəqli etiqadlara hörmətlə yanaşır. Yəni, “Quran”, bütövlükdə İslam bəşəri bir dəyərdir. Bu dəyərlərdə humanizmi, insanpərvərliyi görməmək, başa düşməmək və dəyərləndirməmək, yumşaq desək, cahilliyə qayıdışdır. “Quran” yandıran, İslam dəyərlərini təhqir edən birisinin milli, dini, irqi kimliyinə etiqadı da natamamdır.
Son vaxtlarda Avropanın ayrı-ayrı ölkələrində “Quran”ın yandırılması halları artıb. Cari ilin mart ayında danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənçiliyi ilə tanınan Rasmus Paludan Kopenhagendəki Türkiyə səfirliyinin önündə “Quran”ı yandırıb. R.Paludan bu bədnam hərəkətini Danimarkanın paytaxtında polisin mühafizəsi altında gerçəkləşdirib. O, İslama hörmək etmədiyini söyləyib: “Bütün dünyada İslamı və Rəcəb Tayyib Ərdoğanı hədəf göstərməyimiz vacibdir. Biz İslama hörmət etmirik, onu xor görürük və burada istəmirik”.
Cari ilin əvvəlindən bəri İsveçin paytaxtı Stokholm iki dəfə “Quran”ın yandırılmasına şahidlik edib. 2023-cü il yanvar ayının 21-də yenə də sağçı ekstremist Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında “Quran”ı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb oldu. Aradan cəmi bir neçə ay ötəndən sonra Stokholmda növbəti oxşar hadisə təkrarlanıb - müqəddəs Qurban bayramı ərəfəsində burada “Quran” yenidən yandırılıb. Baş verənlər bütövlükdə ksenofobiyanın, dini dözümsüzlüyün güclənməsinin təzahürüdür. Məsələ burasındadır ki, qalmaqallı hadisənin baş verdiyi aksiyanın keçirilməsinə icazə İsveç polisi tərəfindən verilib. O cümlədən gücləndirilmiş Stokholm polisi aksiya zamanı müqəddəs kitabın yandırılmasının qarşısını almayıb, ikrah doğuran bu hadisəyə seyirçi qalıb. Bir qədər bundan əvvəl isə ölkənin İnzibati Məhkəməsi “İsveç polisinin “Quran”ın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” barədə müəmmalı qərar qəbul edib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07

