“Vaqner”in taleyi...
09.08.2023 [11:40]
Silahlı birlik xəyanətkardır, yoxsa “hərbi dəyənək”?
“Vaqner” özəl hərbi şirkətinin ölən üzvlərinin ailələrinə müharibə iştirakçıları sertifikatlarının verilməsi dayandırılıb. Rusiya mətbuatının verdiyi məlumata görə, “Vaqner” rəhbərliyi belə sertifikatların verilməsinin dayandırılması ilə bağlı qərar qəbul edib. Bu qərarın qəbul edilməsi hansı siyasi dəyişikliklərə gətirib çıxara bilər?
“Vaqner” - haradan haraya?
“Vaqner” qeyri-rəsmi silahlı birləşmədir və bu qrup ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb. “Vaqner”in rəhbəri isə vaxtilə Prezident Vladimir Putinə yaxın hesab edilən, sonradan isə qiyamçı ləqəbi qazanmış Yevgeni Priqojindir. Bəlli olduğu kimi, vaxtilə Rusiyanın əsas “vuran əli” hesab edilən “Vaqner” ən çətin missiyalara yönləndirilirdi. Bu qrup Afrikada, hətta Suriyada belə bir sıra mühüm tapşırıqıları icra etmişdi. Ukraynaya qarşı müharibədə isə “xüsusi fəallığı” ilə seçilirdi. Amma sonradan baş verənlər olduqca müəmmalı idi - “Vaqner” bağlı olduğu Rusiya hökumətinə qarşı qiyama qalxdı. Düzdür, qiyam başlamamış yatırıldısa da, ölkə rəhbərilyi qruplaşmanın “günahını bağışlamadı”. Onlar Prezident Lukaşenkonun da razılığı ilə Belarusa “sürgün edildilər”.
Silahlı qruplaşma ilə bağlı son qərar...
Hazırki qərar isə anti-”Vaqner” kampaniyasının davamı hesab edilə bilər. Görünür, Kreml bu kimi qərarlarla qruplaşma barədə son nəticəyə gəlmək arzusundadır - “Vaqner”in tədricən sıradan çıxarılması prosesi davam etməkdədir. Çünki bu addım dolayısı ilə vaqnerçilərin müharibələrdə iştirak etməsinin qadağan olunması deməkdir. Belə olan təqdirdə hazırda Belarusa “deport” edilən “Vaqner”in gələcək taleyi necə olacaq? Rusiya bu silahlı birləşmədən canını qurtara biləcəkmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, müşahidə olunan prosesin iki səbəbi var: “Birinci səbəb Rusiyada “Vaqner” qrupunun tam ləğvi üçün hazırlıq prosesinin başladılmasıdır. Çünki bu qruplaşmanın lokal dəstələrinin sayının azaldılması, fərqli ölkələrdə “xidmət edən” “Vaqner” qruplaşmalarının Rusiya ordusuna tabe etdirilməsi, həmin ölkələrdə “vaqner”çilərin başqa silahlı birliklərlə əvəz edilməsi, bununla yanaşı, hətta tam ləğvi ilə bağlı planlar mövcuddur. Priqojin üsyanından sonra yaranan situasiya “Vaqner”lə bağlı fikirlərin birmənalı olmadığını deməyə əsas verir. Digər tərəfdən, Rusiya “vaqner”çilərin böyük bir hissəsini Belarus ərazisində yerləşdirib və onlar Polşa sərhəddindədir. Bu, hərbçilərin Rusiya ordusunun tərkibindən çıxarılması, onların müharibə iştirakçıları sertifikatlarının ləğv olunması sonradan döyüşçü sertifikatlarının da ləğv olunması prosesinə gətirib çıxara bilər. Bu isə tam nəzarətsizlik mühiti yaradacaq. Daha sonra həmin qruplaşmaların sərbəst silahlı qruplaşmalar şəklində haralarasa hücum etmə ehtimalı da istisna edilmir”.
“Vaqner” “B” planı kimi...
T.Rzayev bunun “B” variantı olmasını da istisna etmir. Çünki hər hansı bir fors-major situasiyada Rusiya birbaşa rəsmi ordusu ilə Polşaya hücum etmək niyyətində və fikrində deyil. “Belə olan halda Rusiya NATO-ya müharibə elan etmiş olur. Ancaq sərbəst, hətta başıpozuq “vaqner”çilərin Polşaya hər hansı bir müdaxiləsi Rusiyanın ayağına yazılmaya bilər. Çünki prosesin davamında Rusiya çox güman bu hücumu dəstəkləmədiyini bəyan edəcək. Bununla da Şərqi Avropaya, xüsusilə də Polşaya gözdağı vermək mümkündür. Düşünürəm ki, yaxın gələcəkdə sertifikatların ləğvinin “Vaqner”in ləğvinə hesablandığı, yoxsa Rusiyanın Şərqi Avropaya hücum planının tərkib hissəsi olduğu aydınlaşacaq. Rusiya hər hansısa bir mərhələdə lisenziyası ləğv edilmiş “vaqner”çilərdən təxribat üçün istifadə edə bilər”“, - deyə politoloq əlavə edib.
Gülay MƏMMƏDOVA
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

