Minalanma hərbi cinayətdir
10.08.2023 [11:25]
Gülay Məmmədova
Azərbaycanın mina ilə bağlı vəziyyəti olduqca acınacaqlıdır. Səbəb isə Ermənistanın müharibədən sonra minlərlə müxtəlif təyinatlı minanı işğaldan azad olunan ərazilərdə yerləşdirmişdir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki,: “Bu gün Azərbaycan tərəfi minatəmizləmə işlərini iki istiqamətdə həyata keçirir. Birincisi, humanitar mina təmizləmə işləridir ki, bütün istiqamətlərdə yaşayış infrastrukturu və digər infrastrukturlarla tənzimlənir. Hərbi təyinatlı istiqamətdə isə minatəmizləmə işində hərbi strukturlardan istifadə olunur. Çox təəssüf ki, bu məsələdə ötən 3 il ərzində beynəlxalq təşkilatların və minatəmizləmə işində təcrübəsi olan ölkələrin iştirakı qənaətbəxş deyil. Proses olduqca ləng və effektsiz gedir. Azərbaycan kifayət qədər texniki avadanlıqlar əldə edib. Həmçinin şəxsi heyət və canlı qüvvələrlə əlaqəli problemlər də aradan qaldırılıb. Hər halda daha sürətli minatəmizləmə işlərinin həyata keçirilməsi üçün yüksək məbləğdə büdcəyə və xeyli sayda şəxsi heyətə ehtiyac var”.
R. Məmmədli Ermənistan tərəfi ilə əlaqədar beynəlxalq aləmin ciddi qərar qəbul etməməsinə təəssüflənib: “Minalanma hərbi cinayətdir. Bölgədə müxtəlif növ (piyadalar əleyhinə, aldadıcı, gizli və s.) minalar quraşdırılıb. Bu günə qədər təəssüf ki, məsələ ilə bağlı nə Avropa Şurası, nə də digər Avropa dövlətləri Ermənistan tərəfinə kəskin mövqe nümayiş etdirməyiblər. Bu, məsələyə ikili standartlarla yanaşmaq, yaxud da Ermənistana olan xüsusi “rəğbətdən” irəli gəlir. Hər halda, beynəlxalq təşkilatlar minalar ilə bağlı Ermənistana qarşı hər hansı adekvat addım atmayıblar. Fikrimcə, Azərbaycan ictimai təşkilatları bu məsələdə bir qədər aktivləşməli və həll prosesinin sürətlənməsinə səy göstərməlidirlər”.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

