Gültəkinin “jurnalistika dərsləri”...
15.08.2023 [10:20]
Vətəndaşlıq mövqeyini itirənlərin qərəz “davası”...
Müxalifətin ənənəvi “xəstəliyi” sayılan “mənim dediyimi deməyən düz demir” mərəzi yenidən “zühur” edib. Bu dəfə “milli şura”çı Gültəkin Hacıbəyli şəriki Əli Kərimlini “müdafiə etmək” üçün özünü “sipər” edib. Səbəb isə...
Guya BBC Azərbaycancaya müsahibə verən AXCP sədrinin fikirləri “təhrif olunub”, ona qarşı “qlobal məkanda” hansısa “haqsızlıqlara əl atılır” və sairə, və ilaxır. G.Hacıbəylinin bu “səs-küy”ünün arxasında yatan mətləblər bəllidir. Ə.Kərimlini fakt qarşısında qoyan jurnalist bəzi məqamlarda AXCP sədrinin Azərbaycan dövlətinin, iqtidarın aparıdığı siyasəti təqdir etməsi ilə bağlı fikirlər səsləndirməsinə nail olub. İndi isə, deyəsən, bu fikirlər Ə.Kərimliyə “baha başa gəlir”, yəni onu maliyyələşdirən dairələr AXCP sədrinə göz ağardır. Bu vaxt isə “dövrəyə” G.Hacıbəyli daxil olur. Ə.Kərimli özü cəsarət edib jurnalisti hansısa “səhvdə” günahlandıra bilmir - bunun əvəzində isə verilən göstərişə əsasən G.Hacıbəyli sosial şəbəkədə “jurnalistika dərsi” keçmək kimi bir vəzifəni “üstlənir”...
“Demokrat” şuraçının məntiqi...
Məsələyə keçməmişdən öncə, bir məsələni yada salmaq yerinə düşər - Ə.Kərimli illərlə idda edib ki, o, yalnız “müstəqil” mətbuata müsahibə verir. İndi BBC-ni az qala xəyanətdə günahlandıran G.Hacıbəyli bu addımı ilə həm Ə.Kərimlini, həm özünü, həm də bütövlükdə radikal düşərgəni ifşa edir. O iddia edir ki, jurnalist bütün müsahibə boyu hakimiyyətin mövqeyini müdafiə etməyə çalışıb - birincisi G.Hacıbəylinin jurnalistikaya aid çox dayaz düşüncədə olduğu məhz bu cümlədən bəlli olur. Onsuz da hər bir jurnalist öz müsahibinin “opponenti” sayılır - yəni, G.Hacıbəylinin fikrincə, BBC Azərbaycancanın jurnalisti Ə.Kərimlinin hər sözünü təsdiqləməli, onunla razılaşmalı və onun dediyi yalanlara şərik olmalı idi. Bu təqdirdə həmin jurnalist “əsl jurnalist” sayıla bilərdi. Budurmu özünü “demokrat” elan edən şuraçının məntiqi?
Gültəkinin qərəzi...
Hacıbəyli iddia edir ki, jurnalist “Böyük qayıdış” haqqında sualında israrla hökumətin mövqeyini diktə etməyə çalışır. Bəlkə də jurnalist Ə.Kərimlini utandırmağa çalışırmış ki, insan bu qədər şərçi, böhtançı olmaz - Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə apardığı meqa fəaliyyətə müxalif olmaq yalnız və yalnız vətənə xain olanların mövqeyi ola bilər. Jurnalist Kərimlini vətənə xainlikdən əl çəkməyə səsləyirmiş - təəssüf ki, “onun səsini”nə Ə.Kərimli, nə də Gültəkin Hacıbəyli “eşitməyib”.
Hacıbəyli hətta bir az da irəli gedərək qlobal səviyyəli jurnalistikadan “misal çəkir” - “Hard Talk” formatında müsahibələrin olduğunu, çətin sualların verildiyini bildirir. BBC Azərbaycancanın jurnaistini Ə.Kərimlini çılpaq həqiqətlə üz-üzə qoyduğu üçün müstəntiq, prokuror adlandırır. Gültəkin Hacıbəyli bir daha özü-özünü ifşa edir - 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti 30-dan çox xarici KİV-ə müsahibə vermişdi və onların arasında Azərbaycana qarşı açıq qərəzlə çıxış edənlər də vardı. Azərbaycan Prezidenti ən yüksək peşəkarlıq və səbrlə bu sualları cavablandırmış, həmin qərəzli, ermənipərəst KİV-i susdurmuşdu. Həmin vaxt nə üçün G.Hacıbəyli çıxıb demirdi ki, bu sualların qoyuluşu müstəntiqlik və ya prokurorluq “nümunəsidir” - çünki G.Hacıbəyli özü də həmin sualları verən mərkəzlərin xidmətçisidir...
Xəyanətə etiraz...
G.Hacıbəyli iddia edir ki, jurnalist sual verir, dolğun cavab almırsa, əlavə olaraq bir aydınlaşdırıcı sual verə bilər - müsahibinin cavablarının yaxşı, ya pis, gerçək ya yalan olmasını qiymətləndirmək jurnalistin deyil, onu dinləyən auditoriyanın işidir. G.Hacıbəyli öz fikrincə bu sözü ilə özünü, şəriki olan Ə.Kərimlini və düşərgələrindəki xəyanətkar dəstəni “müdafiə” edir. Yəni, jurnalistə nə qədər istəsən yalan danış, açıq xəyanətkar mövqe sərgilə, ermənipərəst mənafedən çıxış elə - jurnalist səninlə “razı” olmalıdırmı? Bəs vətəndaşlıq mövqeyi? Deyəsən, illərdir ki, G.Hacıbəyli bu milli dəyəri unudub - jurnalist də bu ölkənin vətəndaşıdır və onun ilk növbədə vətəndaşlıq mövqeyi var. G.Hacıbəyli niyə elə düşünür ki, jurnalist onun dövləti, ölkəsi haqqında danışılan yalanlara “bəli” deməli, ən pis halda susmalıdır? Bu nə düşüncə tərzidir?
G.Hacıbəyli özünün “jurnalistika dərsi”ndə bildirir ki, jurnalist onu qane etməyən müsahibdən növbəti dəfə müsahibə almaya bilər - amma ona “sizin mövqeyiniz yanlışdır, mənim mövqeyim düzdür” deyə və ya auditoriyaya bu mesajı ötürə bilməz. Niyə? Jurnalist ölkəsinə, dövlətinə qara yaxan, yalanları ilə erməni dəyirmanına su tökən xainlərə etiraz etməməlidirmi? G.Hacıbəylinin təfəkkürünə görə, qarşısındakı “müsahib”in yalanlarını ifşa etmək “jurnalistika prisnpilərinə ziddir”.
Hacıbəyli unudur ki....
G.Hacıbəyli “Əli Kərimlini xilas” missiyası daşıyan postunda bir az da uzağa gedərək qanunverici orqanda təmsil olunan insanları belə hədəfə alır. Onun fikrincə, Azərbaycanda bir çoxları bu yanlışı edir: “Ancaq nədənsə eyni KİV, məsələn, xalqın gülüş, tənə obyekti olan “deputat”ların üzərinə belə hücuma keçmirlər, onların qarşısında xalqın və müxalifətin mövqeyini belə canfəşanlıqla müdafiə etmirlər”.
Hacıbəyli unudur ki, onun özü də iki çağırış həmin parlamentin deputatı olub və dedikləri həm də özünə aiddir. Ortada onun iddia etdiyi kimi bir qərəz yoxdur...
Eyni zamanda, o yazının başlığının “təhrif” olunması iddiasını da irəli sürüb. Maraqlıdır ki, dünənə qədər ən etibarı kütləvi informasiya orqanı saydıqları BBC-ni indi “təhrif”də günahlandırırlar. Ortada yəqin ki, hər hansı bir təhrif yoxdur. Sadəcə olaraq G.Hacıbəyliyə bu postu yazmağı “sifariş verən” Ə.Kərimli belə bir iddia irəli sürür, Hacıəbyli isə dinməz-söyləməz yerinə yetirir.
İlkin şərt - vətəndaşlıq mövqeyi
G.Hacıbəyli postunda keçirilən rəy sorğularını da hədəfə almağa çalışır. Bəli, həqiqəti gizlədib ancaq yalan danışmaq cəhdləri baş tutmur - Ə.Kərimli reallıqla barışmalıdır. Xalqın etimadı, inamı, sevgisi ölkə rəhbərinin ən yüksək reytinqə malik olmasının əsas səbəbləridir. Dövlət başçısının milli maraqlara söykənən, vətəndaş maraqlarına əsaslanan siyasəti bu gün də davam edir. Bunun nəticəsidir ki, bütün dünya Azərbaycan ilə hesablaşır - ölkəmiz ən böyük problemini özü öz gücü əsasında həll edir. Ə.Kərimli bu reallıqları etiraf etmirsə, demək ki, onun vətəndaşlıq mövqeyi yoxdur. Amma G.Hacıbəyli və Ə.Kərimli bilməlidirlər ki, hər kəs üçün ilk növbədə vətəndaşıq mövqeyi əsas olmalıdır. Hansı qurumda çalışmasından, hansı partiyada təmsil olunmasından asılı olmayaraq...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

