Feministlər ermənilərin havadarları rolunda
15.08.2023 [11:15]
M.ABDULLAYEV
Son vaxtlarda Ermənistan rəsmilərinin dilindən düşməyən “regionda gərgin humanitar vəziyyət yaranması”, eləcə də qarşı tərəfdən “humanitar kömək” adı altında Laçın istiqamətində göndərilən yüklərin Azərbaycan tərəfindən Xankəndi istiqamətində buraxılmamasının bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” kimi qələmə verməsinin heç bir məntiqi izahı yoxdur. Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində soydaşlarımıza qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan, həmçinin son 30 ildə və ondan əvvəlki mərhələlərdə Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin, digər yüksəksəviyyəli rəsmilərinin etnik təmizləmə iddiaları səsləndirmələrinə sadəcə mənəvi haqları yoxdur. Burada diqqəti çəkən başqa bir məqam isə ayrı-ayrı ölkələrdə ermənilərin yalanlarına dəstək verən çirkin şəbəkənin formalaşmasıdır.
Meydana feministlər gəlirlər
Dünyada uzun illərin müşahidələri və təcrübəsi əsasında “erməni xisləti” deyilən daşlaşmış bir ifadə formalaşıb. Hərəkətləri, davranışları, söz-söhbəti bütün mənəvi dəyərlərdən kənara çıxan şəxslər “erməni xisləti” ilə damğalanırlar. Tarix boyu ermənilər özlərindən saxta “mədəni xalq” mifi yaratmağa çalışsalar da, onların zaman-zaman türk diplomatlarına qarşı törətdikləri terror hadisələri, 30 illik işğal dövründə zəbt etdikləri ərazilərimizdə əl atdıqları ağlasığmaz vandalizm əməlləri, Xocalı faciəsi, müharibə günlərində ön xətdən uzaqda yerləşən yaşayış məntəqələrinin qadağan olunmuş uzaqmənzilli silahlarla atəşə tutmaları, işğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar və digər belə müharibə cinayətləri ermənilərin “mədəni xalq” anlayışından çox-çox uzaq olduqlarını təsdiqləyir. Ermənilər üçün ən səciyyəvi cəhətlərdən biri öz çirkin məqsədlərinə - yalnız yuxularında görəcəkləri bədnam “miatsum”a çatmaq üçün hər vasitəyə, ən şərəfsiz əmələ əl atmağa hazır olmalarıdır. Son illərdə Ermənistandakı daşnak-xunta rejimlərinin, eləcə də Kim Kardaşyanın, zamanında Qaregin Njdenin öz baxışlarına və həyat tərzlərinə uyğun olaraq ətraflarına yığdıqları kriminogen-əxlaqsız çevrələr bunu əyani şəkildə təsdiqləyir. İndi isə meydana - ermənilərin müdafiəsinə feministlər gəlirlər.
Bəli, təəccüblənməyə lüzum yoxdur. Bu günlərdə özünü Cənubi Qafqazda “femenist həmrəylik” və “femenist sülh” ideyalarının dəstəkçisi elan etmiş “Femenist Sülh Kollektivi” platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla - “artsax”la həmrəy olmalıyıq” başlığı ilə “bəyanat” yayıb. Platformanın sosial hesabında isə bu “bəyanat” aşağıdakı təqdimatla verilib:
1) Qarabağda - “artsax”da nə baş verir?
2) Hegemonluq nədir və Azərbaycan dövlətinə niyə lazımdır?
3) Həmrəylik vaxtıdır!
Politoloq Yeganə Hacıyeva bildirib ki, azərbaycanlı “feministlərin” bəyanatında toxunulan hər üç mövzu Azərbaycan dövlətinin əleyhinə, Ermənistanın isə lehinədir. “Söhbət, faktiki olaraq, erməni təbliğatında istifadə olunan tezislərdən gedir. “Bəyanatda” 12 dekabr 2022 tarixindən bir qrup ekoaktivistlərin Laçın dəhlizi boyunca hərəkətin qarşısını alaraq Qarabağdakı erməniləri “blokadaya” aldıqları iddia olunur. Guya bunun davamında yol üzərində nəzarət məntəqəsini yerləşdirən Azərbaycan 23 apreldən bəri “artsax”a giriş-çıxışı tam nəzarətdə saxlayıb, son həftələrdə bunu tamamilə məhdudlaşdırıb. “Nəticədə isə Qarabağda ciddi maddi qıtlıq, qaz və elektrik çatışmazlığı, aclıq, tibbi və s. xidmətlərə çıxışın olmaması humanitar fəlakətə gətirib çıxarıb”, - deyə “bəyanatda” bildirilib.
Feministlərin “bəyanatda” rəsmi Bakının Qarabağın erməni əhalisi ilə Yevlaxda görüş təklifinə də toxunulur. Bildirilir ki, bu təşəbbüs “artsax”ın Azərbaycana tabeçiliyini təmin etmək, paralel şəkildə bölgənin demilitarizasiyalaşdırılması və 2025-ci ilədək bölgədə mandatı olan Rusiya sülhməramlılarının çıxarılması ilə total nəzarəti ələ keçirməkdir.
Y.Hacıyeva bildirib ki, “bəyanat” Azərbaycanın “hegemonluğundan” qurtulmaq üçün femenist həmrəylik göstərmək çağırışı ilə yekunlaşır. Politoloqun qənaətinə görə, əslində isə bu tezislər və çağırış femenist həmrəyliyi üçün deyil, “Azərbaycana qarşı birləşin” çağrışı kimi səslənir.
Riyakar “sülh” çağırışına qoşulan “sapı özümüzdən olan baltalar”
“Femenist Sülh Kollektivinin” təsisçiləri Lalə Darçınova, Sevinc Samadzadə və Səadət Abdullazadədirlər. Onların hər üçünün adı əsası 2018-ci ildə Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan tərəfindən qoyulmuş və 44 günlük müharibəsinin əvvəlində “sülhə çağırış” edən “Qadınlar sülh uğrunda” riyakar “sülh” hərəkatına qoşulmuş azərbaycanlıların sırasında yer alır. Azərbaycanlı feministlərin ermənilərə yazıqlanmaları isə heç də təsadüfi deyil. Burada söhbət əslində qlobal feminist həmrəyliyindən yox, eyni mərkəzdən - xaricdəki azərbaycanofob dairələrin pul kisələrinə bağlı olan şəbəkənin fəaliyyətindən gedir. Bu şəbəkədə radikal düşərgənin təmsilçiləri, həmçinin feministlərin müəyyən bir qrupu da yer alırlar. Azərbaycanofob dairələrin kisələrinin ağzını geniş açdıqlarını bildirən Yeganə Hacıyeva vurğulayıb: “Ümumiyyətlə 44 günlük Vətən müharibəsindən keçən dövr ərzində bəlli “beynəlxalq donor təşkilatları” Azərbaycana hədəflənmiş qrant müsabiqələrinə bir sıra dəyişikliklər ediblər. Əvvəldən dəstəklənən spesifik sahələrin arealı genişlənib, ənənəvi demokratiya, media, hüquqi maarifləndirmə, ifadə azadlığı, ictimai və siyasi iştirakçılıq və s. kimi mövzulara bir də antimilitarist hərəkatlara dəstək əlavə olunub.
Ölkə daxilində “militarizm və müharibənin bir çox formalarına qarşı vətəndaş aktivliyini dəstəkləyəcəklərin”i bildirən donorlar yerli şəraitə uyğun şəkildə mübarizə aparan aktivistlərə fərdi və ya kollektiv fəaliyyət qurmağa, beynəlxalq koalisiyalarla əlaqələr yaratmağa kömək göstərəcəklərini bəyan etmişlər. “Donorlar” bu aktivliyin ölkə daxili proseslərə beynəlxalq təsir göstərmək məqsədi daşıdığını heç gizlətmirlər də. Məsələn, “Maypole” fondu İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə aktivliyini artıraraq bəlli məqsədlər üçün daha çox həcmlərdə vəsaitlər ayırmağa başlayıb. “Femenist Sülh Kollektivi” platformasında yayılan “bəyanat”ın dili, istifadə olunan terminologiya və özündə daşıdığı mesaj tam əminliklə deməyə əsas verir ki, “Maypole” fondunun Azərbaycanla bağlı məkrli planları da işə düşüb”, - deyə politoloq fikirlərini tamamlayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

