Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətəndaşlar əvvəlcədən bilməlidirlər ki...

Vətəndaşlar əvvəlcədən bilməlidirlər ki...

15.08.2023 [11:23]

MÜBARİZ

Prezident İlham Əliyev 9 avqust tarixində imzaladığı Fərmanla “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli müvafiq Qanununu təsdiqləyib. Eyni zamanda, valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilir. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda (Qaydalar) dəyişikliklər edilib. Həmin dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyesterinə daxil edilib və avqustun 9-da qüvvəyə minib.

Azərbaycanın maliyyə bazarında sərtləşdirmə tədbirlərini “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdıra bilməz. Bu, ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdlaşdırılması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir. Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq hədlərlə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və hotel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31