Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Daha bir yanğıntörətmə faktının üstü açılıb

Daha bir yanğıntörətmə faktının üstü açılıb

16.08.2023 [14:35]

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Ağsu rayonunun Nuran kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 5 hektar ərazidə biçilmiş taxıl sahəsi, 2 hektar ərazidə isə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilən zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayonnun Zərqəva kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov Bəhlul Fəyyaz oğlu tərəfindən törədildiyi müəyyənləşdirilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31