Cinayəti torpaqla gizlətmək olmaz!
30.11.-0001 [00:00]
Erməni barbarlığının təzahürü...
Şuşada daha bir kütləvi məzarlıq aşkarlandı
Xalqımız Qarabağ münaqişəsi fonunda böyük faciələr yaşayıb. Bu faciələrin arxasında ermənilərin azərbaycanlılara qarşı nifrəti, qəzəbi dayanır. Birinci Qarabağ müharibəsində yaşanmış Başlıbel, Qaradağlı, Xocalı və digər faciələr zamanı ermənilər dinc vətəndaşlarımıza qarşı olmazın vəhşiliklər törədiblər.
Ermənistan “Hərbi əsirlərlə rəftar haqqında” Konvensiyanın, 1949-cu il Cenevrə Konvensiyasının və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyasının müvafiq müddəalarını kobud şəkildə pozub. Bunun nəticəsində, ümumiyyətlə, Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması barədə təkzibedilməz məlumatlar var. Bu gün həmin vəhşiliklərin artıq yeni səhifəsi və tarixi haqqında məlumatlar əldə edirik. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi bu faciələrin və kütləvi məzarlıqların üzə çıxması üçün əsas rol oynayan amil oldu. Vətən savaşından sonra aşkarlanan faktlara müraciət etsək görərik ki, 2021-ci ilin fevralında Şuşa rayonunun Daşaltı kəndində 7 nəfərə məxsus kütləvi məzarlıq tapılıb. 2022-ci ilin martında Xocalı rayonunun Fərrux kəndində meyit qalıqları aşkar edilib. Həmin ilin sentyabrında Xocavənd rayonunun Edilli kəndinə baxış zamanı 18 nəfərə aid insan meyitinin qalıqları aşkar edilərək kütləvi məzarlıqdan çıxarılıb. Bütün bunlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərdir.
Ermənistanın nifrət siyasətinin növbəti təzahürü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşada növbəti kütləvi məzarlığın aşkarlanması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu faktlar Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin, əsir və girovlarla amansız rəftarının daha bir təzahürüdür.
Ombudsman xatırladıb ki, Şuşa şəhərindəki növbəti dəfə kütləvi məzarlıqda qazıntı işləri nəticəsində 17 şəxsə aid edilən sümüklər üzə çıxıb, onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb: “Şuşa həbsxanası ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır. Bu da həmin şəxslərə bu üsulla işgəncə verildiyini göstərir. Eyni zamanda, qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olub”.
S.Əliyevanın sözlərinə görə, Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələr verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə təsdiqlənib: “Bundan öncə iyun ayında da Şuşa həbsxanası ərazisində insan qalıqları üzə çıxmışdı. Bu faktlar Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin, əsir və girovlarla amansız rəftarının daha bir təzahürüdür. Təəssüf ki, beynəlxalq səviyyədə təzyiqlərin olmaması, uzun illər davam etmiş cəzasızlıq mühiti nəticəsində Ermənistan qanunsuz əməllərini rahatlıqla davam etdirir. Onlar dünya ictimaiyyətinin diqqətini öz dəhşətli əməllərindən yayındırmaq məqsədilə hazırda müxtəlif dairələrə müraciətlər ünvanlayaraq saxta iddialarını yeritməyə çalışır”.
Daha 17 insan qalıqları...
Bir gün əvvəl isə Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb. Belə ki, avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb. Xatırladaq ki, bundan əvvəl - iyun ayında Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilmişdi.
500-ə yaxın insan qalıqları
Ombudsman vurğulayıb ki, ümumilikdə, azad edilmiş ərazilərimizdə bugünədək çoxsaylı kütləvi məzarlıqlar üzə çıxıb, 500-ə yaxın insan qalıqları tapılıb: “Ermənistan tərəfi isə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Ombudsmanı olaraq, itkin düşmüş soydaşlarımızın taleyi məsələsini dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırmış, həmin şəxslərin ailələrinin uzun illərdir davam edən iztirablarına son qoyulması üçün bu mövzuda ölkəmizə dəstək verilməsi ilə bağlı müraciətlər etmişəm. Bütün qeyd olunanları nəzərə alaraq, bir daha beynəlxalq təşkilatları aşkar edilən bu cür
faktlara qəti reaksiya verməyə, nifrət cinayətlərinin təkrarlanmaması üçün zəruri tədbirlər görməyə, Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə məlumatların təqdim edilməsinə çağırmağa dəvət edirəm”.
Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyev də Şuşada aşkarlanan kütləvi məzarlıqlar barədə fikirlərini bildirib. O, bununla bağlı “X” sosial şəbəkəsində yazıb. H.Hacıyev qeyd edib ki, Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir: “Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, qeyri-insani rəftara və işgəncələrə məruz qaldığı, öldürüldüyü və kütləvi məzarlıqlarda basdırıldığı Şuşa həbsxanası yaxınlığında itkin düşmüş 4000 nəfər azərbaycanlının daha bir kütləvi məzarlığı aşkarlanıb”.
İşğaldan azad edilən ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bunlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir. Təcavüzkar ölkə gec-tez bu cinayətkar əməllərinə görə cavab verəcək.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

