Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / QAİ: Belçika XİN başçısının İrəvanda səsləndirdiyi fikirləri qərəzlidir

QAİ: Belçika XİN başçısının İrəvanda səsləndirdiyi fikirləri qərəzlidir

23.08.2023 [09:15]

Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər naziri Hadija Labibin avqustun 22-də Ermənistanın paytaxtı İrəvanda səsləndirdiyi fikirləri qərəzli adlandırıb. 

Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından bildirilib.

“Bu, artıq belçikalı nazirin avqust ayı ərzində Azərbaycana qarşı ikinci açıqlamasıdır. Əslində, belçikalı nazir İrəvandakı görüşlər zamanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qaldırmalıydı. Lakin hiss olunur ki, o, ya keçmiş münaqişənin mahiyyəti barədə ümumiyyətlə məlumatsızdır, ya da Ermənistanın uydurduğu qondarma hekayələrin təsiri altındadır. Xarici işlər nazirinə xatırladırıq ki, Belçika 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmayıb. Qərbi Azərbaycan İcması bir daha Belçikanı ikili standartlar siyasətinə son qoymağa və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır”, - deyə İcmanın məlumatında qeyd olunur.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31