Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AXCP-nin anti-milli mahiyyəti...

AXCP-nin anti-milli mahiyyəti...

29.08.2023 [10:32]

Partiyanın sıradan çıxdığını gizləmək üçün min bir yola əl atanlar

Anti-milli mərkəzlərin direktivləri əsasında fəaliyyət göstərən müxalifət yenə də öz ampluasındadır. Erməni lobbisinin himayəsinə sığınmaqla və erməni milyarderlərin maliyyəsindən qidalanmaqla özünün “gələcək inkişafı”nı təmin edən müxaliflər ölkəmizin əldə etdiyi uğurlara qarşı qısqanclıq münasibəti sərgiləyir, bu uğurlara qarşı çıxan ermənilərlə sinxron mövqeyni “paylaşırlar”. Onların bu fəaliyyəti isə bütün detalları ilə cəmiyyətə bəllidir - yəni bu düşərgədən kimsə özünü təmizə çıxarmaq üçün “çabalamamalıdır”. Əks halda daha da batır. Bu prosesi isə xalq ilə yanaşı, həmin kəsimə xüsusilə AXCP və “milli şura” adlanan amorf birliyə pul verən mərkəzlər də görür. Siyasi fəaliyyəti sosial şəbəkələrdə “layk kampaniyasına” çevirmiş AXCP sözün əsl mənasında “virtual xarakter” daşıyır. Onlar yalançı üzlər, saxta profillərlə özlərini “siyasi qüvvə” kimi qələmə verməyə çalışsalar da, buna nail ola bilmirlər. Yalanlarının üstü elə birinci addımdaca ortaya çıxır. Siyasi partiyalar haqqında yeni qanunun qəbulu isə onları daha da “çətin duruma” qalıb. Belə ki, qanunla nəzərdə tutulan müddəalar AXCP-nin indiyə qədər danışdığı bütün yalanların ifşasına yol açır.

Dağıdıcılıq fəlsəfəsi”nin daşıyıcıları

AXCP sədrinin “macərapərəst müavini” Fuad Qəhrəmanlı isə növbəti dəfə özünü sığortalama üçün köhnə “metoda” əl atıb. O, sosial şəbəkələrdə AXCP-nin “ofsayd”a salınmasına “cəhdin” olunmasını yazıb. Ardınca da qeyd edir ki, hakimiyyətin məqsədi partiyaların siyasi proseslərdə iştirak etməməsidir.

Birinci elə “ofsayd” məsələsindən başlayaq - F.Qəhrəmanlı unudur ki, AXCP kimi marginal ünsürlər xalqın iradəsinə zidd mövqe tutmaqla və dağıdıcılıq “fəlsəfə”sindən qidalanmaqla çoxdan özünü “ofsayd” vəziyyətinə salıb və siyasi autsayderə çevrilib. Öz siyasi kimliyini xəyanət, milli maraqları satmaq müstəvisinin üzərində quran Əli Kərimli bütün “hədəflərini” xarici pul mənbələrindən vəsait əldə etməyə istiqamətləndirib. Beləliklə də, xarici pul mənbələrinin əlaltısına çevrilən Kərimli yalnız bir amala köklənib - pul qarşılığında ölkədəki siyasi sabitliyin pozulması, iqtisadi inkişafımıza kölgə salmaq cəhdləri, Qarabağ zəfərini “aşağılamaq”, “Böyük Qayıdı”şa kölgə salmaq kimi fəaliyyət sferası AXCP ilə ermənipərəst mərkəzlərin “ortaq layihəsi” halına gəlib. AXCP sədri Əli Kərimli xarici ermənipərəst qüvvələrlə paralel fəaliyyət göstərdiyini, onlardan təlimat aldığını aşkar surətdə ortaya qoymaqdadır. Çünki Azərbaycanın siyasi palitrasında yoxluqlarını hamıdan əvvəl özləri görən, amma bunu həzm edə bilməyən AXCP - “milli şura” tandemi gündəmdə qalmaq üçün bütün yollara baş vurur. 20 ildən artıqdır ki, nə bir layihəsi, nə proqramı, nə də konsepsiyası mövcud olan Əli Kərimlinin “partiyasının siyasi yükü” də özünə mütənasibdir. Yəni şəxsi mənafeyə söykənən iddialarını cəmiyətə sırımağa çalışan Ə.Kərimli dərk etməlidir ik, xalq birmənalı şəkildə onu və təmsil etdiyi düşərgəni qəbul etmir.

Pərdələmə cəhdi...

Digər tərəfdən, AXCP kimi xalq tərəfindən rədd edilmiş anti-milli ünsürlərin real siyasət meydanında olmaması o demək deyil ki, partiyalar siyasi proseslərdə iştirak etmirlər. Bu gün Azərbaycanın siyasi palitrası olduqca zəngindir. Yeni “Siyasi partiyalar haqqında” qanun mühüm perspektivlər yaradıb. Real gücə malik olan, tərəfdarları, üzvləri, dəstəkləyənləri olan partiyaların fəaliyyətində hər hansı bir “axsama” görünmür. Hə, o başqa məsələdir ki, AXCP kimi “topal siyasi güc”lər siyasi marafonu başa vurmaq iqtidarında deyillər. Adi bir fakt- 44 günlük Vətən müharibəsi günlərində xalqla, dövlətlə bir yerdə olmağı bacarmayanlar bugünkü post-müharibə dövründə də “erməni mətbəxlərinin tezisləri” ilə özlərinin hərəkət trayektoriyalarını müəyyənləşdirirlər. Ə.Kərimli və başçılıq etdiyi məhdud dəstə bu gün də xalqın qarşısındakı səngərdə mövqe tutur, Azərbaycanın uğurlarını hədəfə alır. Onlar sanki 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətdən getmələrini hələ də həzm edə bilmirlər və bunun acığını da xalqa düşmən kəsilməklə almağa çalışırlar. Yəqin ki, bu səbəbdən bütün məqamlarda dövlətin, millətin maraqlarına zidd tərəfdə yer tutur, sabitliyin pozulması üçün bütün gücünü səfərbər edir. Amma bu kimi cəhdlər hər zaman olduğu kimi bu gün də əbəsdir. AXCP-nin zəifliyini, gücsüzlüyünü və xalq tərəfindən qəbul olunmamasını bu kimi “sosial şəbəkə statusları” ilə pərdələyə biləcəyinə inananlar ən böyük səhvi etmiş olurlar...

SADİQ

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31