Turizm, həm də gəmi ilə...
29.08.2023 [14:45]
Şahanə
Yəqin ki, bir çoxları tətil, səyahət dedikdə ağıllarına ilk olaraq yay ayları gəlir. İnsanlar bu fəsildə daha çox ya xaricə, ya dənizə gedir, ya ölkə daxilində olan istirahətlərdən yararlanırlar. Ancaq bir çoxumuzun yararlanmadığı turizm növü kruiz isə əslində bir neçə tətil planını özündə birləşdirir.
Kruiz - tur qiymətinə kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə, 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə iştirakı özündə birləşdirən dəniz və ya çay turudur.
Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizminə Avropa və Amerikada daha çox tələbat var. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biri hesab olunur.
2009-cu ilə qədər ən böyük kruiz gəmisi «Oasis of the Seas» hesab edilirdi.
Ancaq hazırda dünyanın ən böyük kruiz gəmisi olacaq "Icon of the Seas” gəmisi bu yaxınlarda suya buraxılıb. “Icon of the Seas” gəmisi 2805 kayutla təchiz olunub ki, onların hər birində iki nəfər olmaqla, gəmidə cəmi 5610 nəfər yerləşə bilər. Ekipaj 2350 nəfərdən ibarətdir. Gəmidə maksimum insan sayı 9950 nəfər ola bilər (kayutda 2 nəfərdən çox adam yerləşdirilərslə, bu da mümkündür). Gəminin 20 göyərtəsində çoxsaylı mağaza və cakuzilər, eləcə də 40 restoran, su parkı və hətta fəvvarəli konsert zalı var.
Gəmi 7 hovuz və 6 su sürüşməsi ilə təchiz olunub. “Icon of the Seas”də, həmçinin gəmilər arasında ən hündür şəlalə, ən yüksək su sürüşməsi, ən böyük su parkı və ilk asma mənzərə hovuzu da var.
2023-cü ilin iyununda gəmi dəniz sınaqlarının birinci mərhələsinə başlayıb. Plana uyğun olaraq, “Icon of the Seas” 2024-cü ildə Karib dənizində ilk kruizə çıxacaq.
Gəmi ilə səyahət etmək tamamilə fərqli bir tətil təcrübəsidir. Bu kruiz gəmiləri təkcə dünyadakı bütün əyləncələrin dayanma nöqtəsi deyil, həm də bütün dəbdəbə və rahatlıqlar daxil olmaqla ən yaxşı tətilin təminatıdır.
Dünyanın ən yaxşı kruiz gəmilərindən biri də Disney Dream” kruiz gəmisidir.
Əsas kateqoriyada gəmilər siyahısında ən yaxşı gəmiyə görə “Cruiser's Ship Mükafatı”nın qalibi “Disney Dream Disney Cruise Line” şirkətinin fəxridir. Digər Disney Wonder, Disney Magic və Disney Fantasy gəmilərindən fərqlənən Disney Dream 2011-ci ildən bəri hər bir kreyserin arzusunu həyata keçirir.
340 metr uzunluğunda, 1450-dən çox işçi heyəti ilə Disney Dream kruizi səyahəti unudulmaz təcrübəyə çevirmək üçün əllərindən gələni edirlər.
"Celebrity Reflection”, "Viking Star", "Royal Caribbean Harmony of the Seas", "Norwegian Epic" kruiz gəmiləri də dünyanın ən yaxşı səyahət gəmiləri sırasına daxildir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

