Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İdarəçilik: həm evi, həm də dövləti...

İdarəçilik: həm evi, həm də dövləti...

30.08.2023 [12:01]

Dünyanın qadın liderləri

Dünyanın əksər ölkələrində hakimiyyət kişilər tərəfindən idarə olunsa da, qadın rəhbərlərinin sayı heç də az deyil. Dövlət başçısı postuna layiq görülən qadınların bir çoxu yenilikçi və effektiv liderlik bacarıqlarına görə fərqlənirlər. Onlar habelə ölkələrinin üzləşdiyi problemlərə unikal və operativ reaksiya verməklə, heç də kişilərdən geri qalmadıqlarını göstərməyə çalışırlar. Prezidentliklə yanaşı, bir çox ölkələrdə Baş nazir vəzifəsini də xanım siyasətçilər icra edir. Qadınlar intellekt və bacarıq baxımından kişilərdən geri qalmadıqlarını çoxdan sübuta yetiriblər.

Tarixdə ilk qadın prezident İsabel Peron Argentinanın ondan əvvəlki prezidenti Xuan Peronun 3-cü xanımı olub.

Liberiyada və Çilidə tarixdə ilk dəfə olaraq qadın prezidentlər 2006-cı ildə seçilib. Çilidə keçirilən seçkilərdə Mişel Başele 53% səslə irəliyə çıxaraq prezident seçildi. O, sosialist koalisiyanı idarə edən hakimiyyətin namizədi idi.

Elen Conson Serlif 2006-cı ildən Liberiyanın 24-cü prezidenti seçilib, "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" 2011-cii ildə Tavakul Karman və Leyma Qbovi ilə birlikdə Nobel Sülh mükafatı laureatı qalibi olub. O, Afrika ölkələrinin ilk qadın prezidentidir. 

Yunanıstan da qadın prezidentinin idarəsindən çıxmış bir ölkədir.  Katerina Sakellaropulu 13 mart 2020-ci ildə prezident vəzifəsinə seçilib. Sakellaropulou 30 may 1956-cı ildə Yunanıstanın Saloniki şəhərində anadan olub. Prezident seçilməzdən əvvəl Sakellaropulou Yunanıstanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurasının prezidenti vəzifəsində çalışıb. O, ölkənin ilk qadın prezidentidir.

Zuzana Çaputova 15 iyun 2019-cu ildə Slovakiyanın prezidenti seçilib. O, 4 ildir ki, hakimiyyətdədir. Çaputova ixtisasca hüquqşünas olsa da, daha çox ekoloji fəal kimi tanınır. O, Slovakiyanın beşinci prezidenti, eyni zamanda prezident postunu tutan ilk qadın, həmçinin Slovakiya tarixində 45 yaşında seçilən ən gənc liderdir. Çaputova 2019-cu ildə keçirilən prezident seçkilərində ikinci turda 58% səslə qalib gəlib. 

Salome Zurabişvili 16 dekabr 2018-ci ildə Gürcüstanın prezidenti seçilib. O, bu postda əyləşən ilk qadın liderdir. Zurabişvili 1952-ci il martın 18-də Fransanın Paris şəhərində gürcü siyasi qaçqın ailəsində anadan olub. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə Fransa və Gürcüstan prezidentlərinin qarşılıqlı razılaşması ilə Gürcüstan vətəndaşlığını qəbul edib və ölkənin xarici işlər naziri təyin olunub.

Moldova Şərqi Avropada dənizə çıxışı olmayan ölkədir, prezidenti Maya Sandudur. O, 24 dekabr 2020-ci ildə ölkə başçısı seçilib və hələ də vəzifəsini icra edir. Maya Sandu 24 may 1972-ci ildə anadan olub, 8 iyun 2019-cu ildən 14 noyabr 2019-cu ilə qədər Moldovanın baş naziri vəzifəsində çalışıb. 12 noyabr 2019-cu ildə Sandu hökuməti etimadsızlıq səsverməsindən sonra dağılıb. O, Moldovanın ilk qadın prezidentidir.

Bidya Devi Bhandari 29 oktyabr 2015-ci ildə Nepalın prezidenti seçilib. O, 28 oktyabr 2015-ci ildə ölkənin parlament tərəfindən seçilən ilk qadın president olub. Bhandari 2009-cu ildən 2011-ci ilə qədər müdafiə naziri vəzifəsində çalışıb. O, həm də Nepalda ekoloji maarifləndirmə və qadınların hüquqlarının müdafiəsi üzrə fəal kampaniyaçı kimi yadda qalıb.

Tsai İnq-ven 20 may 2016-cı ildə Tayvanın prezidenti seçilib, hələ də hakimiyyətdə qalır. Tsai İnq-ven Tayvanın ilk qadın prezidentidir və ölkə tarixində hakim partiya tərəfindən prezidentliyə namizəd kimi irəli sürülən ilk qadın siyasətçi olub. O, 2016-cı il seçkilərində ilk prezidentlik müddətində rəqiblərinə böyük üstünlüklə qalib gəlib. 2020-ci il seçkilərində də postunda qalmağı bacarıb.

Sinqapur Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsidir. Hazırda ölkəni qadın prezident Həlimə Yaqub idarə edir. O, 14 sentyabr 2017-ci ildə Sinqapurun prezidenti seçilib. Həlimə Yaqub həm də Sinqapur tarixinə düşən ilk qadın prezident titulunu daşıyır.

Barbados Şimali Amerikada yerləşir. Ölkənin rəhbəri Sandra Meysondur. O, 30 noyabr 2021-ci ildə Barbados prezidenti seçilib. Meyson 17 yanvar 1949-cu ildə anadan olub. 2021-ci ildən Barbadosun ilk prezidenti vəzifəsini icra edən siyasətçi ixtisasca hüquqşünasdır. Eyni zamanda təcrübəli diplomatdır. O, 2018-ci ildən 2021-ci ilə qədər Barbadosun səkkizinci, eyni zamanda sonuncu general qubernatoru, bu vəzifəni tutan ikinci qadın idi. 20 oktyabr 2021-ci ildə Meyson Barbados parlamenti tərəfindən ölkənin ilk prezidenti seçilib və 30 noyabr 2021-ci ildə Barbados konstitusiya monarxiyasını dayandıraraq respublikaya çevrildikdən sonra vəzifəsinin icrasına başlayıb.

Ardıcıl olaraq iki dəfə Litvanın prezidenti seçilən Dalya Qribauskayte 1956-cı il martın 1-də Litvanın paytaxtı Vilnüs şəhərində anadan olub. O, müxtəlif illərdə Litvanın maliyyə və xarici işlər naziri postlarını, Avropa İttifaqının təhsil və mədəniyyət, daha sonra isə büdcə məsələləri üzrə komissarı kimi vəzifələrdə çalışıb. Xanım Qribauskayte seçkilərdə inamlı qələbə (69,05%) qazanaraq 2009-cu il iyulun 2-dən Litvanın prezidenti funksiyalarını icra edir. O, 2014-cü il seçkilərində təkrar qələbə qazanaraq növbəti 5 il müddətinə bu postda qalmaq hüququ qazanıb. 

Estoniyanın ilk qadın prezidenti olan Kalyulayd liberal siyasəti ilə diqqət çəkir.  Prezident olmazdan əvvəl Avropa Palatasında Estoniyanı təmsil edib. Prezident olana qədər ölkə daxilində çox da tanınmayıb.

2015-ci ildən Xorvatiya prezidenti olan Banderol Qrabar Kitaroviç həm də ölkənin ilk qadın prezidenti kimi tarixə düçüb. Vyana Diplomatiya Akademiyasının məzunudur, prezident olmazdan əvvəl səfir kimi də çalışıb.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31