Strateji Dialoqun ilk iclası...
06.09.2023 [10:47]
Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir
Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla əməkdaşlığın inkişafı vacib yer tutur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindəndir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Sentyabrın 4-də xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana rəsmi səfəri və səfər zamanı aparılan müzakirələr də bu reallığı təsdiqləyir.
Qeyd edək ki, Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb. Nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.
Görüş zamanı, Azərbaycan-Macarıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Macarıstan ilə iqtisadiyyat, ticarət, əczaçılıq, mədəniyyət, təhsil, idman və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizdə əsas rol oynadığı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Ermənistanın təxribatları Budapeştdə müzakirə olunub
Görüşdə nazir Ceyhun Bayramov tərəfindən post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyi, hərbi-siyasi təxribatlar törətdiyi, öhdəliklərindən boyun qaçırdığı, Laçın sərhəd nəzarət buraxılış məntəqəsi təsis edilənədək Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğu bildirilib. Ermənistanın hələ də içğalçı qüvvələrini tam olaraq ölkəmizin ərazilərindən çıxarmadığı vurğulanıb. Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verilib.
Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.
Görüş zamanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.
Daha sonra, iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun 1-ci iclasının protokolunu imzalayıblar.
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin illik konfransında çıxış edib, Azərbaycan-Macarıstan münasibətləri, bölgəmizdə cari vəziyyət, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, Azərbaycan-Ermənistan arasında post-münaqişə normallaşma prosesi barədə çoxsaylı sualları cavablandırıb.
Nazir ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən, möhkəm dostluğa, ümumi dəyər və maraqlara, habelə çoxşaxəli əməkdaşlığa əsaslanan Azərbaycan - Macarıstan münasibətlərinin bu gün sürətlə inkişaf edərək çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bir çox cəhətdən nümunəvi olduğunu bildirib. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsini məmnunluqla vurğulayıb. Yüksək səviyyəli siyasi dialoqun iqtisadi əməkdaşlığımızın inkişafı üçün əlverişli baza yaratdığını, İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın mütəmadi iclaslarının iqtisadiyyat, enerji, ticarət və investisiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bir sıra Macarıstan şirkətlərinin ölkəmizdə fəal fəaliyyətini təqdir edən nazir Ceyhun Bayramov, həmçinin digər sektorlarda, o cümlədən turizm, əczaçılıq və s. sahələrdə ikitərəfli iqtisadi əlaqələrimizin genişləndiyini diqqətə çatdırıb.
Macarıstanın Aİ-yə sədrliyi dövründə...
Azərbaycanın regional miqyasda əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyi, bu çərçivədə, ölkəmizin digər platformalarla yanaşı, Avropa İttifaqı (Aİ) ilə siyasi əməkdaşlıq, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, eləcə də bağlantı və sektor məsələləri daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq apardığı bildirilib. Macarıstanın 2024-cü ilin II yarısında Aİ Şurasında sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına, o cümlədən Azərbaycan ilə Aİ arasında Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsi üzrə aparılan danışıqlara dəyərli töhfə verəcəyinə əminlik ifadə olunub.
Həmçinin Ukraynadakı müharibədən sonrakı regional geosiyasi vəziyyət fonunda Mərkəzi Asiyadan Xəzər dənizi və daha sonra ölkəmizdən keçən nəqliyyat marşrutlarının aktuallığından söz açan nazir ölkəmizin nəqliyyat infrastrukturunun şaxələndirilməsinin və modernləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın nəqliyyat infrastrukturuna böyük sərmayə qoyduğunu, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən əlverişli və təhlükəsiz alternativ olan Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacibliyini qeyd edib. Bu xüsusda, Orta Dəhliz daxilində daha da yaxşı əlaqəni artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən söz açılıb.
Azərbaycanın ərazi bütövlüyü dəstəklənib
Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə də konfrans iştirakçıları məlumatlandırılıb. Ceyhun Bayramov Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni əsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib. Macarıstanın istər münaqişə zamanı, istərsə də ondan sonra Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilib.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətli olduğu, post-münaqişə dövründə misli görünməmiş bərpa və yenidənqurma işlərinə başladığı bildirilərək, bu kontekstdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Azərbaycana dəstək verməyə hazır olduqları üçün macar dostlara minnətdarlıq ifadə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

