/ / Prezident: Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk
Prezident: Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk
23.09.2023 [11:42]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubunda Kral Salman bin Əbdüləziz Al Səuda və səudiyyə xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularını çatdırmaqdan məmnunluq duyduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk”.
Siyasi əlaqələrimizin hazırkı səviyyəsinin və fəal dialoqun bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: “Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm”.
Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə Səudiyyə Ərəbistanına minnətdarlığını ifadə edib.
“Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

