Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yay-qış əlləri soyuq olanlar

Yay-qış əlləri soyuq olanlar

12.10.2023 [17:23]

MİKAYIL

Havalar soyuduqca insan orqanizmi də təbii olaraq üşüyür. Xüsusilə də əl və ayaqlarda soyuqluq yaranır. Amma elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur. Məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində yaranan soyuq əl hissi havanın temperaturundan asılı deyil. Bunun müxtəlif səbəbləri var. Həmin səbəbləri araşdırmaq üçün mütləq həkimə getmək lazımdır. Terapevtlər deyirlər ki, bu əsasən əl və ayaqların iri arteriyalarının xəstəliyidir. Bu zaman arteriyalar daralır, ora qan dövranı azalır.

Başqa bir səbəb B12 vitaminin çatışmazlığıdır. Həmin vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında olur, qanda hemoqlobinin miqdarına cavabdehlik daşıyır. Bu vitaminin çatışmazlığı əsasən qırmızı sümük iliyində qan hüceyrələrinin yaranması prosesinə mənfi təsir edir. Ona daha çox vegeterianlarda, 50 yaşdan yuxarı olanlarda, kron xəstəliyi zamanı rast gəlinir. Həmin vitaminə olan tələbatı ödəməklə problemi həll etmək olar.

Eləcə də qan dövranının pozulması bu səbəblərdən biridir. Biz bilirik ki, sağlam bir orqanizm üçün qan dövranının normal olması vacibdir. Bununla belə, hemoqlobinin əskikliyi halsızlıq, yorğunluq, iştahsızlıq kimi özünü büruzə verir.

Qan təzyiqi aşağı olan insanlarda da əl barmaqlarının soyuması müşahidə edilir. Bundan başqa, bulanıq görmə, ürək bulanma, halsızlıq kimi əlamətlər də özünü göstərə bilər. Bütün sadalananlardan əlavə, stress və həyəcan, gündəlik dərman qəbulu, siqaret istifadəsi də haqqında danışılan narahatlığa yol aça bilər.

Öz növbəsində, hipotiroid – tiroid vəzinin lazımi miqdarda hormon yaratmaması nəticəsində yaranan xəstəlikdir. Yod əskikliyi bu xəstəliyin ən yayılmış səbəblərindən biridir. Qalxanabənzər vəz lazımi miqdarda hormon ifraz etmədikdə orqan və toxumalara yetərli miqdarda qan çatdırılmır.

 Bir sözlə, istənilən halda əllərin soyuq olmasının səbəbini öyrənib onu aradan qaldırmaq üçün həkimə müraciət edilməlidir.

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31