Azərbaycanın dünyada dostlarının sayı artmaqdadır
23.11.2023 [12:08]
“Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət sayəsində Azərbaycanın dünyada dostlarının sayı artmaqdadır. Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri də bu baxımdan, ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq”. Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də Azərbaycana rəsmi səfər etməsi mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycanla İraq arasındakı münasibətlərin qədim kökləri var. Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz mövcud olub. Təqdirəlayiq haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər. İraq 2 yanvar 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 30-da qurulub. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.
İndiyədək Azərbaycanla İraq müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq ediblər. O cümlədən hər iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında daim sıx təmaslar qurublar və bir-birinin suverenliyini, ərazi bütövlüyününü dəstəkləyiblər. Azərbaycan müstəqillik qazandıqdan sonra İraqın dövlət başçısı respublikamızda rəsmi səfərə gəlməmişdi. Artıq belə bir səfərin reallaşması iki ölkənin münasibətlərində yeni səhifə açır.
Millət vəkilinin sözlərinə görə, dost ölkənin başçısının ölkəmizə reallaşan ilk rəsmi səfəri kifayət qədər məhsuldar keçib. Belə ki, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hər iki ölkənin gündəliyinin mühüm məsələləri qarşılıqlı olaraq təqdim edilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında İraqın dövlət başçısının ölkəmizə rəsmi səfərinin böyük əhəmiyyət daşıdığına diqqət çəkərək vurğulayıb: “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”. Cənab Prezident həmçinin Cənubi Qafqaz regionunda baş verən proseslərdən bəhs edərək Ermənistana bəzi xarici dairələrin, xüsusilə Fransanın təsirini vurğulayıb. Dövlətimizin başçısı deyib: “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanla İraq arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Təsadüfi deyil ki, səfər çərçivəsində aparılan müzakirələrdə tərəflər bir çox fəaliyyət sahələrində, o cümlədən infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizmin, təhsilin və digər sahələrin təşviqi ilə bağlı xoş niyyətlərini ifadə ediblər. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq imkanları var. İki ölkənin paytaxtları arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə Azərbaycandan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərin həyata keçiriləcəyi gözlənilir. “Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Bütövlükdə, iki ölkə arasında imzalanmış sənədlər də böyük əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycan-İraq əlaqələrinin dinamik inkişafına təkan verən amillərdir.
Günel A.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34

