Mavi səmanın “qanadlı əjdahaları”...
07.12.2023 [11:25]
Beynəlxalq mülki aviasiya günüdür
Yeganə BAYRAMOVA
Xəyalları dünyanın özü qədər geniş və sərhədsiz olan insanlar həmişə yeni məkanlara can atıblar. Hələ texnika haqqında təsəvvürlərin ibtidai səviyyədə olduğu dövrlərdə nağıl qəhrəmanları öz xəyallarını uçan xalçalarla reallaşdırıblar. Sehrli xalçalar onları çayların, meşələrin üzərindən keçirərək bütün yer üzünü səyahətə çıxarıb. Əlbəttə, uçan xalçalarla göyün ənginliklərinə qalxmaq bir arzu idi. Ancaq niyyətin hara, mənzilin də oradır, deyiblər. Sonradan elmin inkişafı sayəsində 18-ci əsrin sonları-19-cu əsrin əvvəllərində rus, fransız, alman və Amerika mühəndisləri ilk uçan aparatların - “qanadlı əjdahalar” adlandırılan təyyarələrin müxtəlif modellərini hazırladılar. Bununla da bəşəriyyətin tarixində təyyarə erası başladı.
7 dekabr dünyada Beynəlxalq Mülki Aviasiya günü kimi qeyd olunur. Bu gün 6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən elan olunub. Mülki aviasiyamızın təməli yaxın keçmişimizlə bağlı deyil. Bu yolda bir əsrdən artıq tarixi mərhələ var...
Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakının səmasında baş tutub. Bu, rus aviatoru Utoçkinin “Farman” tipli aeroplanla Balaxanı “şossesində” 4 gün ardıcıl olaraq həyata keçirdiyi uçuş olub. Azərbaycan aviasiyasının tarixi həmin zamandan yazılıb. Maraq doğuran hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artmağa başlayıb və qısa zamanda Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş 1919-cu ildə həyata keçirilib. Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olub. 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradılıb. Mülki aviasiya ilə bağlı bu xronoloji ardıcıllıq aviasiyanın keçdiyi yolun tarixinə həkk olub.
Ulu Öndərin gerçəkləşdirdiyi quruculuq salnaməsinin ən mühüm hissələrindən biri Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyət kəsb edən mülki aviasiya sahəsi olub. 1970-ci illərdə Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə Respublikada mülki aviasiyanın inkişafı üçün böyük işlər görülüb. Azərbaycan Mülki Aviasiyası onun diqqətindən heç vaxt yayınmayıb
Mülki aviasiyadan digər keçmiş müttəfiq respublikalar kimi, Azərbaycanın da payına düşən və ötən əsrin 90-cı illərinin əvvəlində istifadə olunan “TU-154”, “YAK-40”, “AN-2” təyyarələri, “Mİ-6” və “Mİ-2” helikopterləri idi.
1992-ci ildə Azərbaycan Hava Yolları Dövlət Konserni yaradılıb. Ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı mülki aviasiyamızın tarixində yeni eranın başlanğıcı idi. Belə ki, 1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaranıb. Bu gün akademiyada peşəkar kadrlar-təyyarəçilər, aviasiya mühəndisləri, uçuşların təminatı üzrə mütəxəssislər hazırlanır.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

