/ / Fevralın 7-də Azərbaycan xalqı dövlətimizin cari və strateji maraqlarına cavab verən siyasi kursa səs verəcək
Fevralın 7-də Azərbaycan xalqı dövlətimizin cari və strateji maraqlarına cavab verən siyasi kursa səs verəcək
24.01.2024 [15:17]
30 ildən çox bizi birləşdirən milli ideya – erməni işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası – Ali Baş Komandan, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qəhrəman milli ordumuz tərəfindən gerçəkləşdirildi. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın bütöv ərazisində suveren hüquqlarımız bərpa edildi.
Bu gün bizi birləşdirən əsas ideya, düşünürəm ki, MİLLİ BİRLİK olmalıdır. Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi, Dövlət Departamenti, Fransa Senatı, Almaniya ölkəmizə qarşı addımlar atırlar. Tarixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizlik və ikili standartlar, indiyəcən məruz qaldığı çətin sınaqlar milli birlik ideyasını bizə diqtə edir. Yalnız vahid xalq olaraq güclü lider ətrafında birləşərək əsrlərlə arzusunda olduğumuz azad, güclü, firavan, çiçəklənən Azərbaycan qura biləcəyik. Qarşıda bizi böyük hədəflər gözləyir: dövlətimizin müstəqilliyini möhkəmləndirmək, azad edilmiş əraziləri bərpa etmək, Böyük Qayıdışı gerçəkləşdirmək, sosial-iqtisadi inkişafı sürətləndirərək, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək.
Əlbəttə, demokratik və plüralist cəmiyyətdə, çoxpartiyalılıq şəraitində siyasi mübarizə, siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir ayrılıqları təbii bir haldır. Lakin ümummilli ideya baxımından ən mühüm məsələ, fəlsəfi dillə desək, mübarizə edən əksliklərin vəhdətini qorumaqdan, yəni siyasi ehtirasların cəmiyyətimizi parçalamasına imkan verməməkdən, mübarizə və müzakirələrin konstruktiv məcrada aparılmasına nail olmaqdan ibarətdir. Müasir sivil dünyada bərqərar olmuş parlament quruluşunun özü də məhz bu zərurətdən doğmuşdur və bunu tələb edir.
Biz daxili problemlərin həllinə siyasi şüar və bəyanatlarla deyil, sosial-iqtisadi məsələlərin çözümünü təmin edəcək hüquqi baza və mexanizmlərin işlənib hazırlanması ilə nail ola bilərik. Bu da son nəticədə cəmiyyətin ahəngdar inkişafının başlıca şərti kimi sosial ədalətin bərqərar olması ilə nəticələnməlidir.
Son illərdə ölkəmizin qazandığı böyük nailiyyətlərdən biri də, heç şübhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi о kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu illər ərzində məhz belə bir müdriklik və məharət nümayiş etdirmişdir. Hesab edirəm ki, bu sabitliyi qorumaq əslində hər bir vətəndaşın borcudur. Odur ki, mövcud ictimai-siyasi sabitliyi hər vəchlə qorumağı, milli birliyin pozulmasına səbəb ola biləcək bütün cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmağı birinci dərəcəli vəzifə kimi qarşımıza qoymalıyıq. Birlik və həmrəyliyimizin sarsılmazlığını təmin etmək üçün konstruktiv qüvvələrlə dialoqu və əməkdaşlığı inkişaf etdirmək, vətəndaş həmrəyliyinin və milli birliyin həmişəlik bərqərar olmasına çalışmaq, ölkədə mülki cəmiyyətin möhkəm əsaslarının qurulmasına nail olmaq lazımdır. Bunlar həyata keçərsə, milli birliyimizin pozulmasına yönəlmiş cəhdlər təkcə dövlət strukturlarının deyil, bütövlükdə cəmiyyətin müqaviməti ilə rastlaşar və təbii ki, uğursuzluğa düçar olar.
Bəllidir ki, ölkədə sabitliyin qorunmasında daxili amillərlə yanaşı, xarici faktorlar da mühüm rol oynayır. Odur ki, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq birliyə daha sıx inteqrasiyasına yönəlmiş tarazlaşdırılmış xarici siyasət xətti dönmədən inkişaf etdirilməlidir.
Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlər içərisində ikisi xüsusi əhəmiyyətə malikdir. Qazandığımız nailiyyətlər və ərazi bütövlüyümüzün bərpası arxayınlıq doğurmamalı, milli ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyət daim gücləndirilməlidir. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazırlaş”.
Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayacaqdır ki, bu da dövlətimiz üçün strateji bir vəzifədir. Göstərilən vəzifələrin yerinə yetirilməsi üçün bütün xalq olaraq bir olmalıyıq və fevralın 7-də vətənimizin cari və strateji maraqlarını təmin etmək qüdrətində olan yeganə real namizədə, güclü lider, mahir diplomat, böyük qurucu şəxsiyyət, Qarabağ fatehi cənab İlham Əliyevə səs verməliyik!
AMEA-nın vitse-prezidenti v.i.e.,
akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva
Xəbər lenti
Hamısına baxElm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48

