Azərbaycan gəncliyi ikiqat xoşbəxtdir
03.02.2024 [11:45]
Nadir Azəri: Gənclər fevralın 7-də seçkilərdə mütəşəkkil şəkildə iştirak edəcək və bu xoşbəxtliyi onlara yaşadan cənab İlham Əliyevə səs verəcəklər
“Azərbaycan xalqı qəhrəman və qürurlu xalqdır. Azərbaycan xalqı həm də xoşbəxt xalqdır. Çünki son 200 ildə ilk dəfə müharibəni torpaq itirmədən, əksinə torpaqlarını düşmən işğalından azad edərək, bütün ərazilərində dövlət suverenliyini bərpa edərək başa vurdu. Bu mənada Azərbaycan gəncliyi ikiqat xoşbəxtdir. Çünki gənclik yaşı 1988-1992-ci illərə təsadüf edən bizlərdən fərqli olaraq bu günün gəncliyi Azərbaycanın məğlubiyyətlərini, torpaq itkilərini görmədi. Azərbaycan gəncliyi ancaq Qalib ölkə vətəndaşı kimi tarixi Zəfərimizə şahidlik etmək xoşbəxtliyi yaşadı”.
Bunu Əməkdar Jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.
O, qeyd edib ki, Azərbaycan gəncliyinə bu xoşbəxtliyi yaşadan məhz cənab Prezident İlham Əliyevdir: “Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib. Biz bununla bağlı çoxsaylı nümunələr gətirə bilərik. Ancaq mən sadəcə onu qeyd etmək istəyirəm ki, gənclərə bütün sahələrdə imkanlar yaradan, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün lazım olan bütün addımları atan cənab Prezident həmçinin Azərbaycan gəncliyinin milli dəyərlərə bağlı, vətənpərvər ruhda böyüməsinə hər zaman önəm verib. Elə bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfər əldə edən Azərbaycan Ordusunun tərkibində gənclər əksəriyyət təşkil edirdi. Bəli məhz cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə yetişən gənclik Qarabağda qəhrəmanlıq dastanı yazdı”.
N.Azəri deyib ki, bu gün Azərbaycan gəncləri öz günlərini qeyd edirlər: “Bəlli olduğu kimi, 1997-ci ildən etibarən Azərbaycanda 2 fevral tarixi Gənclər Günü kimi qeyd edilir. Bu da Azərbaycanda gənclərə xüsusi diqqət və qayğının bariz nümunələrindən biridir. Hər il olduğu kimi bu il də gənclər öz bayramlarını qeyd edəcək, ötən ilə nəzər salacaqlar. Ancaq bu dəfəki bayramı, bu dəfəki Gənclər Gününü fərqləndirən başqa, özü də deyərdim vacib bir məqam var. Söhbət fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərindən gedir”.
Əməkdar Jurnalist əmin olduğunu bildirib ki, gənclər fevralın 7-də seçkilərdə mütəşəkkil şəkildə iştirak edəcək və Qalib Ölkənin vətəndaşı olmaq xoşbəxtliyini onlara yaşadan cənab İlham Əliyevə səs verəcəklər: “Kimsə şübhə etmir ki, fevralın 7-də Azərbaycan gəncliyi, ümumilikdə Azərbaycan xalqı seçkilərdə yüksək mütəşəkkillik göstərərək, bir daha birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirəcəklər. Hesab edirəm ki, bu məsələdə gənclər, xüsusilə də bu il ilk dəfə səs verəcək gənclər daha fəal olmalıdırlar. Çünki Vətən müharibəsində göylərə qaldırılan Zəfər bayrağını gələcəyə daşımaq məsuliyyəti məhz onların üzərindədir. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün ilk addım isə məhz fevralın 7-də atılacaq. Bu baxımdan əminliklə bildirərdim ki, gənclər fevralın 7-də seçkilərdə mütəşəkkildə şəkildə iştirak edəcək və cənab İlham Əliyevə səs verəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

