Redikül müxalifət öz yalanlarında əriyir
14.02.2024 [10:32]
Əli Kərimli ermənipərəst tezislərə “müraciət” edir...
Redikül müxalifətin əsl kimliyi hər kəsə bəllidir. Xalqa və dövlətə qarşı xəyanətkar mövqedə olan, ermənipərəst qurumların əlaltısı kimi çıxış edən bu azlıq aldığı əmrə əsasən seçkidən sonrakı mərhələdə də “ürək bulandırmağa” davam edir. Elektoratı, siyasi bazası, heç bir gücü olmayan, seçicini inandıra bilməyən, bir dəfə də olsun normal konsepsiya ilə çıxış etməyən rediküllərin boş danışığı arqumentsiz taftalogiyadan uzağa getmir.
Seçkidə iştirakdan qorxan və “boykot” adı altında gizlənən AXCP sədri Əli Kərimlinin boş iddiaları isə yenə də gündəmə gəlmək xarakteri daşıyır. Seçkisonrası dövrdə internet televiziyalarının efirindən ağlına və ağzına gələn yalanları danışan bu şəxsin fikirləri də özü kimi heç bir çəkiyə malik deyil. Məsələn, o, BBC Azərbacanın efirində əlinə düşən fürsətdən istifadə edib öncə rediküllərin əvvəlki məğlubiyyətlərinə “haqq qazandırmağa” çalışır. Halbuki həmin demokratik seçkilərdə xalqın rediküllərə münasibəti aydın şəkildə əks olunurdu. Məhz o məğlubiyyətlərdən qorxan, heç kimin dəstəyini qazana bilməyəcəyini dəqiqləşdirən Ə.Kərimli seçkidə iştirakdan yayınmışdı. Bu baxımdan, həmin seçkilərin nəticələri haqda yalanlar danışır, məğlubiyyətin səbəblərini özündən başqa hər yerdə axtarır.
Əli Kərimli iddia edir ki, “müxalifət”in fəaliyyəti üçün imkanlar yoxdur. Maraqlıdır, necə olur ki, digər müxalifət partiyaları normal fəaliyyət göstərir, amma Əli Kərimli “göstərə bilmir”. Demək ki, Əli Kərimlidə “göstərməyə” heç nə yoxdur. Ötən 30 ildə Ə.Kərimli xalqa hansı “performansı” göstərib ki indi “şikayətlənir”? Teledebat imkanlarına gəldikdə isə, bundan daha çox yararlanan elə Ə.Kərimlidir. AXCP sədri unudur ki, debatda iştirak edə - edə debatlara çağırılmadıqlarından şikayətlənir.
Aparıcının “seçkilərdə iştirak etmirsiniz, sonra isə seçki komissiyalarında iştirak etmədiyinizdən şikayətlənirsiniz” sualı qarşısında özünü itirən Ə.Kərimli acı həqiqətlə üz-üzə qalmalı olur: axı bütün seçkilərdən bir yolla yayınan, “boykot” adı altında özünün siyasi ömrünü uzatmağa çalışan Əli Kərimli anlayır ki, seçkidə iştirak etsə, biabır olacaq və ona qrant verən xarici dairələr qarşısında bütün yalanları faş olacaq. İndiki halda isə, guya seçkidə “iştirak etmirəm” deyərək hamını aldadır, özünü güclü müxalifət partiyası kimi qələmə verir.
7 fevral prezident seçkisinin nəticələri Ə.Kərimlini olduca narahat edib. Bütün detalları ilə bu faktı büruzə verən AXCP sədri əslində özü etiraf edir ki, Prezident İlham Əliyevin reytinqi olduqca yüksəkdir. Seçkiyə münasibətdə ermənipərəst mövqe nümayiş etdirən xarici mərkəzlərin “dili ilə” danışan Ə.Kərimli onların irəli sürdüyü arqumentsiz iddaları özü üçün sığınacağa çevirməyə çalışır. Çünki seçki prosesi, səsvermə ilə bağlı heç bir qanun pozuntusu yoxdur. Boş və quru söz yığnağından ibarət “tənqidi” fikirlər isə xarici hesabatların uğursuz təqlididir: Ə.Kərimli Avropa Parlamentinə istinad etməyə çalışır. Halbuki Avropa Parlamentinin fəaliyyətini elə öz üzvləri ifşa edirlər. Orada alınan qərarların əsl mahiyyəti üzə çıxarılır.
Ə.Kərimli iddia edir ki, guya seçkidə rəqabət olmayıb. Bu da yalandır. Seçkidə iştirak edən bütün namizədlərə qanunvericilik çərçivəsində bərabər imkanlar yaradılıb. Seçki qanunvericiliyi ilə tənzimlənən KİV-də pulsuz təşviqat bərabər əsaslarla aparılıb. “Rəqabət olmayıb” deyə yalan danışmaqdansa, AXCP sədri nə üçün özü seçkidə iştirak etmədi və qaçıb gizləndi sualına cavab verməlidir.
Beləliklə, tutunmağa “budağı” qalmayan Ə.Kərimli yenə də köhnə havalarını çalmağa başlayır. Qondarma, ölkədə olmayan “siyasi məhbus problemi”ni üzünə pərdə edərək ermənipərəst tezislərə müraciət edir. O özü də dərk edir ki, xalqın iradəsinə əsaslanan 7 fevral seçkiləri Azərbaycan seçicisinin təntənəsidir. Amma digər göstəricilər kimi, bunu etiraf etmək cəsarəti də yoxdur...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

