4 ölkənin birliyi...
14.02.2024 [11:13]
Yaxın Şərqə sülh gətirəcəkmi?
Ərdoğanın səfərinin məqsədləri
Türkiyə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir ilə birgə Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olunması istiqamətində əməkdaşlıq etməkdə maraqlıdır. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan fevralın 12-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edib. Fevralın 13-də Ərdoğan BƏƏ-nin Dubay şəhərində “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu ilə bağlı Dünya Hökumətlər Zirvə toplantısında fəxri qonaq qismində iştirak edib. Səfər çərçivəsində Türkiyənin dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan başda olmaqla, bir sıra ölkələrin dövlət başçıları və beynəlxalq təşkilatların və transmilli korporasiyaların rəhbərləri ilə görüşüb. BƏƏ-yə rəsmi səfərdən sonra Prezident Rəcəb Tayyip Ərdoğanın Misirə səfər edəcəyi və bu ölkənin dövlət başçısı Əbdülfəttah Əs-Sisi ilə görüşəcəyi gözlənilir. Türkiyə mətbuatının məlumatlarına görə, BƏƏ və Misirə səfəri zamanı Prezident Rəcəb Tayyip Ərdoğan ilə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Əbdülfəttah Əs-Siri arasında keçiriləcək görüşlərdə ikitərəfli diplomatik-siyasi və iqtisadi-ticari münasibətlərin inkişafı və bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın genişlənməsi barədə məsələlər müzakirə olunacaq.
İkitərəfli əlaqələrin möhkəmlənməsi
Prezident Rəcəb Tayyip Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri Türkiyə ilə BƏƏ arasında ikitərəfli diplomatik-siyasi münasibətləri daha da inkişaf etdirmək, o cümlədən hərbi-texniki, iqtisadi-ticari və texnologiya sahələrində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, BƏƏ Türkiyə üçün nə qədər önəmlidirsə, Türkiyə də BƏƏ üçün o qədər önəmlidir. Hər iki ölkə bir-birinə dost münasibət sərgiləyir və etimad göstərir.
Körfəz ölkələri ilə Türkiyə arasında münasibətlərin inkişafı tarixinə baxdığımızda BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytin hər zaman Türkiyə ilə iqtisadi-ticari və enerji münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu görərik. Həmin ölkələrin bir çox şirkətlərinin Türkiyəyə investisiyalar yatırdığını və bu ölkədə böyük layihələr həyata keçirdiyini görərik. BƏƏ daxil olmaqla Körfəz ölkələrinin gözündə Türkiyə münasib və sərfəli qazanc mənbəyi hesab olunur.
Türkiyənin də şirkətləri BƏƏ-də, eləcə də digər Körfəz ölkələrində müxtəlif investisiya layihələri həyata keçirirlər. Hərbi-texniki və sivil texnologiyada lider ölkəyə çevrilən Türkiyə öz texnoloji məhsullarını Körfəz ölkələrinə, hətta Misirə tədarük etmək niyyətindədir. Artıq Ankara bu istiqamətdə müəyyən uğurlar əldə edib.
Ərdoğanın BƏƏ-nin dövlət başçısı ilə görüşündə Türkiyənin hərbi sənayedə nailiyyətlərini dilə gətirəcəyi istisna deyil.
Eyni zamanda nəzərə alaq ki, Türkiyə Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Küveyt və Oman ilə eyni məzhəb bağlantılarını bölüşür. Demək olar ki, adlarını sadaladığım bütün bu ölkələrdə sünni məzhəbinə etiqad edənlər çoxluq təşkil edir.
Ən önəmli məqama gəlincə, rəsmi Ankara həm Birləşmiş Ərəb Əmirlikləri, həm Səudiyyə Ərəbistanı, həm də Qətər ilə birlikdə Yaxın Şərqin münaqişəli ərazilərində toqquşmaların qarşısının alınmasında, sabitlik və təhlükəsizliyin bərqərar olunmasında və terrora qarşı mübarizədə birgə əməkdaşlıq etməkdə israrlıdır. Ona görə ki, Ər-Riyad, Abu-Dabi və Doha artıq Türkiyənin bu regionda söz sahibinə çevrildiyini qəbul edirlər.
Misirə gəlincə, ilkin olaraq qeyd edək ki, Türkiyənin bu ölkə ilə uzun müddət münasibətləri çox gərgin vəziyyətdə olub. Elə zaman olub ki, hər iki ölkə arasında bütün diplomatik-siyasi təmaslar kəsilmişdi. Hətta Misir Yunanıstan, Kipr Respublikası və Fransanın Şərqi Aralıq dənizdə Türkiyəyə qarşı birgə qurduğu ittifaqa qoşulmağa cəhd etmişdi.
Türkiyə ilə Misir arasında soyuq münasibətlərin kulminasiya nöqtəsinə çatmasının başlıca səbəbi Ankaranın Misirin sabiq prezidenti Məhəmməd Mursi və bu ölkədə xüsusi təsir imkanlarına malik olan “Müsəlman Qardaşları” təşkilatı ilə yaxın bağlantılarının olması idi. Prezident Rəcəb Tayyip Ərdoğan dəfələrlə öz bəyanatlarında Mursi hakimiyyətinin qanunsuz yolla devrilməsini qəbuledilməz bəyan edirdi. Bu isə Əs-Sisi hakimiyyəti tərəfindən qəzəblə qarşılanırdı. Bu da Misir-Türkiyə münasibətlərinin korlanmasına gətirib çıxardı. Sözsüz ki, Ərdoğan bu məsələdə haqlı idi. Münasibətləri korlayan əsas tərəf Türkiyə yox, elə Misir idi.
Bununla yanaşı, Ankara və Qahirənin Şərqi Aralıq dənizində istismar olunmayan enerji resurslarına sahib olmaq iddiasında olması, həmçinin Liviyada fərqli mövqe sərgiləməsi də münasibətlərə mənfi təsir göstərdi.
Ancaq Türkiyə-Misir münasibətlərində belə vəziyyət çox da davam etmədi. Hər iki tərəf münasibətlərin gərginləşməsindən heç nə əldə etməyəcəklərini və əksinə, bunun yalnız ziyan verəcəyini anlayıb bir masa arxasına gəldilər. Artıq dörd-beş ildir ki, hər iki tərəf ikitərəfli diplomatik-siyasi münasibətlərin normallaşması üçün bir sıra danışıqlar aparıblar.
Aparılan danışıqlar nəticəsində bir çox problemlər öz həllini tapıb. Ərdoğanın rasional siyasəti və diplomatik manevrləri münasibətlərin müsbət məcraya doğru getməsində çox mühüm rol oynayıb.
Ərdoğan ilə Əs-Sisi arasında keçiriləcək növbəti görüşdə siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığın genişlənməsi və şaxələnməsi müzakirə predmeti olacaq.
Qəzza məsələsi
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın BƏƏ və Misirə rəsmi səfərinin gündəliyində ən önəmli məsələlərdən biri Qəzzada hərbi-siyasi vəziyyətin normallaşmasıdır. Qeyd edək ki, Ankara, Abu-Dabi və Qahirə bu məsələdə eyni mövqeyi bölüşür. Türkiyə, BƏƏ və Misir İsrailin Qəzzada hərbi əməliyyatlarının beynəlxalq hüquqa zidd olduğunu hesab edirlər, rəsmi Təl-Əvivi Qəzzada yerli əhaliyə qarşı soyqırımı törətməkdə və bölgəni işğal etməkdə ittiham edirlər.
Xüsusilə qeyd etmək lazımdır ki, Qəzzanın yarısını ələ keçirən İsrail ordusu Misirin sərhədi yaxınlığında yerləşən Rəfah şəhərinə yaxınlaşması həm Türkiyə, həm də Misirdə çox ciddi narahatlıq yaradıb. Hər iki ölkə Rəfahda hərbi əməliyyatların böyük humanitar böhrana səbəb olacağını hesab edir.
Ola bilsin ki, bu yaxınlarda Misir Rəfah məsələsində daha sərt mövqe ortalığa qoyacaq. Çünki Əs-Sisi hakimiyyəti İsrailin Rəfah şəhərinə hücum edəcəyi təqdirdə 1978-ci ildə Kemp-Deviddə imzalanan sülh anlaşmasından çıxacağını bildirib. Qahirənin bu xəbərdarlığı ciddi görünür.
Rəfah şəhərinin İsrail tərəfindən ələ keçirilməsi və yerli əhalinin Qəzzadan tamamilə çıxarılması Türkiyə və Misiri bir-birinə daha da yaxınlaşdıracaq.
Heç şübhəsiz ki, Ərdoğan və Əs-Sisi ikitərəfli görüşdə İsrailə qarşı birgə diplomatik-siyasi cəbhənin yaradılması və humanitar fəlakətin qarşısının alınması ilə bağlı məsələləri müzakirə edəcəklər. Hər iki dövlət başçısı Qəzza məsələsində birgə addımlar atmaqda qərarlıdırlar.
İsrail ordusunun Qəzzadan çıxarılması, Qəzzada təhlükəsizliyin təminatı və yerli əhalinin normal həyata qayıtması, ən əsası da Fələstin dövlətçiliyinin qorunması Türkiyə və Misirin xarici siyasətində prioritet məsələlər hesab olunur.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28

