Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ölkəyə qaçaqmalçılıq yolu ilə 26 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar

Ölkəyə qaçaqmalçılıq yolu ilə 26 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar

14.02.2024 [15:55]

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Azər Qasımov və tanışı 1964-cü il təvəllüdlü Arif Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onların üzərindən və A.Əliyevin yaşadığı evdən 26 kiloqram, o cümlədən 4 kiloqram heroin, 18 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram tiryək və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar olunub.

Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən paytaxta ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədiilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31