Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətəndaşlara 3 milyon manatdan çox ziyan vuranlar saxlanıldı

Vətəndaşlara 3 milyon manatdan çox ziyan vuranlar saxlanıldı

16.02.2024 [11:35]

Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək, onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərovanı saxlayıb. Könül Müzəffərova uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək, onların ümumilikdə 55 min manat pulunu ələ keçirib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ceyhun Əsgərov da saxlanılıb.

O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə, ümumilikdə 3 milyon manatdan artıq zərər vurub.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30