Xalq təbabəti, yoxsa həkim “resepti”?
17.02.2024 [12:00]
Sosial şəbəkələrin “müalicə kursları”
Xəstəliklərin daha çox “türkəçarə” kimi tanınan xalq təbabəti ilə müalicəsi həmişə aktual mövzulardan biri olub. Ancaq bu mövzu son zamanlar daha çox aktuallaşıb. Məsələnin aktuallıq kəsb etməsinin əsas səbəbi isə bir çox şəxsin sosial şəbəkələrdə özünü “təbabət bilicisi” kimi təqdim etməsidir. Bəziləri zob, şəkər, yüksək təzyiq, hətta xərçəng xəstəliyinin təbii vasitələrlə müalicəsinin olduğunu iddia edirlər. Bununla da dərman preparatlarının, həkimlərin təyin etdiyi reseptlərin effektsiz olduğuna dair fikirlər formalaşdırılır.
Etiraf edək ki, bəzi mövsümi xəstəliklərin, məsələn, soyuqdəymənin, virus-infeksiyaların təbii yollarla müalicəsinə zaman-zaman üz tutulur. Hətta bu müalicələrin əksər hallarda effektiv olduğunu da demək olar. Lakin şəkər, zob, yüksək qan təzyiqi, hətta böyrək və bu kimi ciddi xəstəliklərin təbii yollarla müalicəsi inandırıcı görünə bilməz. Müasir tibbdə xroniki xəstəliklərin müalicəsi üçün müxtəlif üsullar, dərman preparatları olduğu halda, “el təbabəti” daha effektiv ola bilərmi?
Müalicəvi ot təhlükəsi
Sualımızı cavablandıran tibb el?ləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bəzi şəxslər həkim məsləhəti olmadan immun sistemini artıran müxtəlif üsullardan istifadə edərək özlərini sağaltmağa çalışırlar: “Çünki belə şəxslər dərman preparatlarının kimyəvi tərkibli olduğunu əsas gətirərək onların xeyirli olmadığını düşünürlər. Məsələn, xalq təbabəti dediyimiz müxtəlif müalicə üsullarını sınayırlar. Bununla da xəstələnən şəxslərin əksəriyyəti təbii üsullarla müalicə olunub, daha tez effekt almaq istəyirlər. Müəyyən məqamlarda insanların soyuqdəymə və viruslardan qurtulmaq üçün xalq təbabətinə üz tutmasını başa düşmək olar. Çünki bu üsul əksər hallarda insanların sağlamlığına ziyan deyil. Ancaq hər bir halda xalq təbabəti ilə soyuqdəyməyə qalib gəlmək istəyən şəxslər diqqətli olmalıdırlar. Ola bilər ki, zəncəfil, darçın və yaxud da müxtəlif müalicəvi otlar hər insana eyni effekti verməsin. Adını çəkdiyimiz vasitələr orqanizmində əks reaksiyalara səbəb ola bilər. Məsələn, aşağı təzyiqdən əziyyət çəkən şəxslərin təzyiqi daha da aşağı düşə bilər. Təbii olaraq, bu da xoşagəlməz hallarla nəticələnəcək. Ona görə də ehtimal ilə dəqiqləşdirmə aparmadan hansısa müalicəvi otlardan istifadə etmək təhlükəlidir”.
Ciddi xəstəliklərdə “türkəçarə” effektsizdir
Xərçəng və bu kimi bir çox xroniki xəstəliklərin müalicəsində xalq təbabətindən istifadəyə gəlincə, həkim bu üsulun düzgün olmadığını düşünür: “Soyuqdəymə, qrip və digər viruslarda təbii üsullardan istifadə mümkündür. Əslində bu kimi hallarda da həkim resepti ilə müalicə daha məsləhətlidir. Lakin xərçəng, zob, şəkər və başqa xəstəliklərdə təbii və ev şəraitində müalicə həm effektsiz, həm də absurddur. Bəllidir ki, bu gün müasir tibb xeyli inkişaf edib. Dünya ölkələri xərçəng kimi ciddi xəstəliklərin müalicəsi üçün mühüm araşdırmalar aparır, effektiv müalicə üsullarını sınaqdan keçirirlər. Şəkər yaxud xərçəng adi bir xəstəlik deyil ki, hər kəs xalq təbabəti ilə müalicə olunsun. Xərçəngin təbii üsulla müalicəsi effektivdirsə, aparılan əməliyyatlar nə üçündür? Fikrimcə, bu sahədə geniş və ciddi maarifləndirmə aparılmalıdır”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

