Qanlı tarixin başladığı gün- 20 fevral
20.02.2024 [11:08]
36 il öncənin 20 fevral günü...
Hər şeyin başladığı, çox şeyin də bitdiyi o məşum gün...
Tarix boyu torpaqlarımızda məskunlaşıb, çörəyimizi yeyən, suyumuzu içən, qonşu bilib yaxınlıq etdiyimiz ermənilərdən başımıza gətirilməyən nə müsibət, nə fəlakət qaldı ki?! Özgəsinin torpağında oturub torpaq davası edən, çörək verən əli kəsən, üzünə gülüb ayağının altında quyunu qazan millətə məskən olmuşdu yurdumuz, “can” demişdi insanımız... Nə biləydi “can” dediyi canını alacaq, yurd verdiyi yurdundan didərgin salacaq...
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrildi, hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşayiət olundu.
Hələ öncəki dövrlərdə yerlərdə azərbaycanlı əhalini sıxışdıran Qarabağ erməni liderləri regionda nə erməni dilində dərsliklərin, nə də televiziya yayımın olmamasından şikayət edərək, Azərbaycanın Kommunist Partiyasının baş katibi Heydər Əliyevi regionun geniş “Azərbaycanlaşdırma” cəhdində, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayının və təsirinin artırılmasında ittiham etmişdi. Halbuki Qarabağ əzəli və əbədi Azərbaycan torpağı, azərbaycanlıların dədə-baba yurdu idi. Burada azərbaycanlıların yaşamasından təbii nə ola bilərdi ki?! Lakin erməni məkri hər zaman hər yerdə öz sözünü deyib. Necə ki, hər vəchlə soydaşlarımıza öz yurd-yuvalarında dinc, sakit yaşamağa imkan vermədilər.
1988-ci il 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qıza qarşı ermənilər tərəfindən zorakılıq törədildi. İki gün sonra azərbaycanlılar və ermənilər arasında birbaşa qarşıdurma atışmaya çevrildi. Qarşıdurmalar zamanı iki azərbaycanlı gənc həyatını itirdi. 1988-ci il fevralın 27-də Sovet vitse-prokuroru Aleksandr Katayev Bakının mərkəzi televiziyasında danışarkən qeyd etdi ki, “Ağdam rayonunun iki sakini qətlə yetirilmişdir” və onların müsəlman adlarını açıqladı.
Erməni nümayişlərinin yeddinci günündə, 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz nümayişi keçirildi. Hadisələr başlayan zaman, tarixçi Süleyman Əliyarlı və şair Bəxtiyar Vahabzadə ilə birlikdə 1988-ci ildə “Azərbaycan” jurnalının 9-cu sayında dərc etdirdikləri “Dağlıq Qarabağ - uydurmalar və həqiqətlər” yazısında, Qarabağın tarixən Azərbaycan torpağı olduğunu bəyan etmişdi.
Bütün bu hadisələr, proseslərin gedişi yaxınlaşmaqda olan qanlı müharibənin xəbərçisi idi. Belə də oldu. Hadisələr sürətlə və qarşısıalınmaz dərəcədə irəlilədi. Baş verənlərin fonunda, Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı.
Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi. Qondarma referendumla Qarabağın Azərbaycanın tərkibindən qoparılması ermənilərin öz iyrənc niyyətlərini həyata keçirmələri üçün geniş meydan verdi.
1988-ci ilin 20 fevralında başlanan qarşıdurmalar 1992-ci ilin qışında tərəflər arasında genişmiqyaslı döyüşlərə gətirib çıxardı. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdı. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9 faiziə nəzarət edirdilər.
12 minə yaxın hərbçimizin şəhid olub, bir milyondan çox soydaşımızın məcburi köçkün kimi öz dədə-baba yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən Qarabağ müharibəsi 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, düz 30 il müxtəlif formalarda davam etdi. Bu 30 il ərzində atəşkəs rejiminə sadiq qalmağa çalışan və işğal olunmuş torpaqlarını danışıqlarla geri qaytarmağa cəhdlər göstərən Azərbaycanın bütün cəhdləri boşa çıxdı. Əksinə, Ermənistan tərəfinin tez-tez atəşkəsi pozması nəticəsində istər hərbçilərimiz, istərsə də cəbhəyanı bölgələrdə yaşayan dinc əhali arasında neçə-neçə kor güllənin, hiyləgər təxribatın qurbanı olan şəhidlərimiz oldu. Şəhid sayını durmadan artıran bu illər xoş gələcəkdən-Qarabağın azadlığından heç bir vəd vermirdi. Amma Azərbaycan dövləti də nə torpaqlarından, nə də haqlarından vaz keçmək fikrində idi...
“Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”-deyib atalarımız. Gün keçdikcə “tündləşən erməni sirkəsi” də onların öz aqibətlərinin təminatçısı oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında baş verən antiterror əməliyyatları Azərbaycanın daşan səbrinin, daralan hövsələsinin Zəfər müjdəli nəticəsi idi. İllər uzunu humanistlik göstərərək torpaqları sülh yolu ilə qaytarmağa çalışan, müharibədən çəkinərək günahsız canların itkisinin qarşısını almağa çalışan Azərbaycan dövləti artıq “bıçağın sümüyə dirəndiyi” məqama gəlib çatdı. Öz işini özü həll etdi. Bununla da dünyada illər uzun yaranmış neçə mifi alt-üst etdi. Göstərdi ki, əslində, Azərbaycan xalqı haqqını tələb edən, Vətəni uğrunda ölümü gözə alan, ən kritik məqamda dövləti, dövlət başçısı ətrafında sıx birləşməyi bacaran, Ali Baş Komandanının bircə sözünə cəbhəyə axışan, hətta müharibəyə göndərilməyini tələb edən bir xalqdır. Ermənilər isə dar ayaqda silahı qoyub qaçan, qaçmamağı üçün səngərə zəncirlənən, müharibə zamanı 10 minlərlə fərarisi olan bir toplumdur.
Buna görə də gec də olsa, haqq-ədalət öz yerini tapdı. Bu gün 36 il öncə başlanan Qarabağ müharibəsi ən gözəl, ən ədalətli nəticəsi ilə yekunlaşıb. İndi Azərbaycan öz torpaqlarını öz gücünə azad etmiş, qalib, suveren dövlətdir!
Allah bir daha ölkəmizə, xalqımıza torpaq itkisi, şəhid dağı, münaqişə göstərməsin!
Şahanə Müşfiq
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

